Təqlid mərcələrinin Məhərrəm əzadarlığı ilə bağlı tövsiyyələri
Bu məclislərdə olunacaq təhrif və bidətlərdən uzaq olmalıyıq İslamazeri-nin Qum hövzəsinin rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, böyük təqlid mərcələrindən olan Ayətullah Nuri Həmədani və Ayətullah Məkarim Şirazi Məhərrəmlik məclisləri barədə tövsiyyələr bildiriblər. Ayətullah Nuri Həmədani: “Bildiyiniz kimi Aşura məktəbi əbədi yaşayacaq olan bir məktədir. “Hər gün Aşura, hər yer Kərbəla” şuarı ilə daima yaşayacaq, fəzilətli və mənalı dərslər verəcəkdir. Bu məktəb insaniyyəti zülm, zillət təhqir və digər insaniyyətə zidd olan xasiyyətlərdən uzaq saxlamağa çalışır. Bu səbəbdən dünyada yaranan vəziyyəti nəzərə alıb bu il Aşuranı daha da şur keçirtməliyik. Bu məclislərdə olunacaq təhrif və bidətlərdən uzaq olmalıyıq. Bu məktəbin səviyyəsini aşağı salan hərəkətlərdən xüsusən də qəmə vurmaqdan qaçmalıyıq. Bu iş şəriətə görə caiz deyildir.” Aytətullah Məkarim Şirazi: “Bu məclislərdən maksimum istifadə etmək üçün bir neçə xüsusa diqqət yetirməliyik: 1. Aşura gününün səbəbləri və nəticələri var. Hörmətli xətiblər yalnız bu gündə baş verənlərdən deyil səbəb və İslama olan nəticələrindən də danışsınlar. 2. Əziz cavanlar İmam Hüseynin (ə) “zillət bizdən uzaqdır” cümləsini özlərinə şuar edib, əqidələrini gücləndirsinlər. 3. Əziz əzadarlıq keçirənlər məclisləri xürafatlarla doldurmasınlar. Qəmə vurmaq və bədənə müxtəlif ziyanlar yetirməkdən boyun qaçırsınlar. Bilirik ki, bu işi görənlər imam Hüseyn (ə) eşqi ilə edirlər, lakin bu iş onları imam Hüseynin (ə) hədəflərindən uzaqlaşdırır. Bu gün düşmən bu hallardan istifadə edərək məzhəbimizi dünyada pis, qorxunc və iyrənc cilvələndirmək istəyir. Heç bir hədisdə və məsum imamın dövründə bu iş tövsiyyə olunmayıb. İmam Zaman ağanın da bu işdə razılığı yoxdur. 4. Əziz məddahlar mərasimlərdə imam Zaman bəyənən tərzdə oxusunlar və haram məclislərə uyğun tərzdə iş görməsinlər. 5. Əziz əzadarlar namazı vaxtına riayət etsinlər. Namaz dinin sütunudur və əzadarlıq zamanı namaz vaxtı daxil olarsa onu qılıb sonra davam etmək lazımdır. 6. Məddah və xətiblər digərlərini təhqir etməkdən qaçsınlar və əməllərini yalnız Allaha xatir və ixlaslı etsinlər. 7. Digər məzhəblərin müqəddəslərini təhqir etmək bu gün düşmənçilik və ixtilaf alovunu böyüdür. Xətib və məddahlar bunların əvəzinə Kərbəla şəhidlərinin fəzilətlərindən danışsınlar. 8. Heç kim bu mərasimlərdən öz mənafelərinə görə istifadə etməməlidir. 9. Əzadarlıq məcliləri bir-birləri ilə rəqabət aparmamalıdırlar. 10. Xətiblər cəmiyyətdə fəsadı aradan aparmaq, hicab və iffəti yaymaq üçün əllərindən gələni etsinlər. Bu məclislərin nəticəsində düşmənin zəlil, dostların isə izzətli olmasına ümüd edirik. Vəssəlamu ələykum və rəhmətullah və bərəkatuh.” islamazeri.az Oxşar xəbərlər
|