İmam Xameneiyə sadiqik!
Mьəllif: admin1
Tarix: 17-04-2014, 03:01
Bцlmə: Məqalələr » Maarif
İmam Xameneiyə sadiqik!


IslamTimes - Livan Hizbullahının baş katibi öz qərar və fəaliyyətlərində imam Xomeyni, ondan sonra böyük rəhbər Ayətullah Xameneiyə bağlılıqlarına işarə edib.

Seyid Həsən Nəsrullah bildirib ki, Müqavimət savaş meydanına girmək üçün müctəid və fəqihlərə müraciət edir.

“Əl-Aləm” informasiya kanalının xəbərinə görə o 7-ci aşura mərasimində Beyrutda əzadarlar arasında deyib: “Şəhid ildönümünü həmişə səhnədə saxlayırıq. Çünki bu mövzu biz və övladlarımızın həyatına təsirli olacaq.”

Seyid Həsən Nəsrullah şəhid və şəhid ailələrinin, yaralılar və əsirlərin kəraməti ilə tanışlıq zərurətini vurğulayaraq deyib: “Əhməd Quseyrin şəhadəttələb əməliyyatı qələbəyə yol açdı. Bu əməliyyatla Livan və Müqavimət qələbə yoluna çıxdı və işğalçı İsrail rejimi məğlubiyyətə uğradı.”

Seyid Həsən Nəsrullah İslam adı altında bəyan olunan münasibətlərə işarə ilə deyib: “Müsibət odur ki, bir şəxs Quran və peyğəmbər sünnəsinə istinad etmədən İslam adı altında şəxsi baxışlarını bəyan edir. Bundan da pisi odur ki, onlar qətliam və təcavüzə fitva verirlər.”

Hizbullah lideri bildirib: “Bizim bəzi böyük alimlərimiz İranı parçalamaq fikrində olan işğalçılarla mübarizəyə fitva vermək üçün İraqdan İrana getdilər. Bu işdə məqsəd ölkənin işğalçıların əsarəti altına düşməsinə yol verməmək idi. Bir ölkə parçalanmaq üzrə idi, fəqihlər meydana çıxıb mübarizəyə başladılar.”

Seyid Həsən Nəsrullah sözünə belə davam edib: “Bu mövzu üzərində ardıcıl şəkildə dayanmaq lazım gəlir. Hizbullah deyir ki, biz cəhənnəmə getmək istəmirik. Bizim üçün axirət əhəmiyyətlidir, Allah yolunda qədəm götürürük. Buna görə də qərar çıxarmaq, meydana daxil olmaq lazım gələndə öz elmimizlə kifayətlənmir, fəqih və müctehidlərə müraciət edirik. Onlar fiqhin ali dərəcəsindədirlər, təqvalıdırlar, zaman və məkanı tanıyırlar.”

Hizbullah baş katibi xatırladıb: “1982-ci ildə mücahidlər meydana daxil olanda bəziləri dedilər ki, İsraillə müharibə haramdır. Əgər onlara qulaq asıb İsraillə vuruşmasaydıq, nə baş verərdi! Biz böyük müctehidlərə müraciət etdik. İmam Xomeyni (r) müqavimət və cihadı qanuni saydı. Bu yolda şəhid vermişik, bu gün də veririk. Onlar və ailələri bilirlər ki, biz yalnız Allahın razılığı yolunda hərəkət edirik.”

Seyid Həsən Nəsrullah deyib: “Biz imam Xomeyniyə (r), sonra isə rəhbər Ayətullah Xameneiyə bağlı olmuşuq. Bəziləri bunu bizə irad tutur. Mən qarşı tərəfdən soruşuram ki, siz öz qərarlarınızda, savaşlarınızda hansı mötəbər mütəxəssisə müraciət etmisiniz? Doğrudan işləriniz Allahın razılığı üçündür?”
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930