Ayətullah Cavadi Amoli: "Bütün fəqihlər nüvə silahının istehsalını haram bilirlər"
Mьəllif: admin1
Tarix: 17-04-2014, 03:12
Bцlmə: Məqalələr » Maarif
Ayətullah Cavadi Amoli: "Bütün fəqihlər nüvə silahının istehsalını haram bilirlər"


Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasında tanınmış Təqlid Mərcəsi Ayətullah Cavadi Amoli olkənin Atom Enerjisi Təşkilatının sədri Əli-Əkbər Salehini qəbul edərkən bildirib: “İran İslam Respublikası nüvə silahı istehsal etmək niyyətində deyil”.

İran İslam Respublikası və "Altılıq" arasında baş tutan son nüvə razılaşmasına toxunan C.Amili bu danışıqlarda ölkə nümayəndələrinin diplomatik ədəb və əxlaqa riayət etdiklərini deyib: “İran İslam Respublikasının nümayəndələri danışıqlarda diplomatik qaydalara, ədəb və əxlaqa riayət edirlər. Bununla belə, gözümüz açıq olmalıdır. Çünki Qərb Firon kimi rəftar edir”.
Qurani Kərimin Böyük Təfsirçisi, Müctəhid Cavadi Amoli danışıqlar zamanı Rusiya kimi dövlətlərə də tam şəkildə etimad etməkin düzgün olmadığını deyərək bildirib: “Rusiyanın Amerikadan yaxşı olması fikri düzgün deyil. Həmin ruslardır ki, İkinci dünya müharibəsi dövründə İranda Tudə Partiyasını və hərəkatını dəstəkləməklə, Azərbaycanı əllərində saxlamışdılar. Bunlar 11 il Əfqanıstanı işğal altında saxlayan ruslardır. Sadəcə, bu gün digər ölkələrlə problemləri var deyə, İrana tərəf gəliblər”.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930