Hardadı qeyrətli oğullar?
Belə çıxır ki, əliyev rejiminin zülmü ilə şiələr də Zaur Həsənov kimi tək tənha qalıb üz üzə İslamtimes - Bəlkə etiraf edəsiniz ki, əliyev rejimində torpağın, şəhidin, qazinin, vətənin qeyrətini çəkən bir adam yoxdur? Rezonanslı hadisələr baş verdikcə mətbuatın gündəmi də onlara görə dəyişə bilir, bu mətbuatın özünə məxsus bir yaşam tərzidir, elə mövzular da var ki, onların gündəmdə qalmasında müəyyən qüvvələr rolu önəmlidir, bunun üçün əlindən gələni edir. Azərbaycanda ən böyük qüvvə əliyev rejimidir ki, fitnənin böyük dəstəkvericisidir, rejimin gündəmdə daima saxlamağa çalışdığı və buna çətinlik çəkmədən nail olduğu İran Azərbaycan arasında mövcud nifaqın səngiməməsidir. Əliyev rejiminə xidmət edən mətbuat səhifələrində tez tez İranı düşmən kimi cəmiyyətə təqdim olunması adi hala çevrilib, bu kampaniyada İlham Əliyevin xidmətçiləri ilə yanaşı sələfilər də fəaldır. Dünən saytların birində (http://axar.az/news/6030) İranı qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olan daha bir məlumat yayıldı. Xəbəri oxuyarkən qərəzin gizlənmədiyini görmək çətin deyil, İran prezidenti Həsən Rohaninin Yeni il ilə əlaqədar olaraq erməni icmasına aid olan “Avetisyan” xəstəxanasını ziyarət etdərək təxminən 334 min dolları xəstəxananın hesabına köçürülməsi xəbəri elə təqdim olunur ki, sanki İran Ermənistanın Azərbaycana qarşı müharibədə iştirak etmiş erməni əsgərlərinin hospitalına yardım edib. Məsələ xəbərin yayılmasında da deyil, oxcuların həmin xəbərə yazdıqları şərhlərdə İrana qarşı qərəzi görməmək olmur, şərhləri izləyəndə sələfilərin, əliyev rejiminin xidmətçilərinin açıq qərəzini görürük. Düzdür onlar arasında sadəcə olaraq məntiqə və haqq söykənib fikir bildirənlər də var. Əgər birinci qrupdakılar İranı Ermənistanın, farsları da ermənilərin dostu kimi təqdim edib, bu dostluğun türkə və azərbaycanlılara qarşı düşmənçilik kimi göstərilməsinə cəhd edilirsə, kimlərsə də sadəcə olaraq anlayır ki, İranda yaşayan ermənilər bu ölkənin vətəndaşı olduğu üçün prezidentin onlar barəsində qayğılanması, onlara maddi dəstəyin göstərilməsində heç bir qəbahətli bir şey yoxdur. Əksinə, necə olur ki, Azərbaycanda Qarabağ qazisinə sahib çıxan olmadı, özünü yandıraraq intihar edən zaman hardaydı bu ölkənin qeyrətli oğulları ki, Zaur Həsənov beş uşağı yetim buraxmasın? Hardaydı Azərbaycanın və azərbaycanlıların qeyrətini çəkən o hünərli oğullar ki, sağlamlığını Qarabağ uğrunda itirən Zaur Həsənov Səttar Mehpalıyev və onun havadarları kimi ermənidən pis düşmən olan Əliyevin məmurları ilə meydanda tək qalmışdı, onların zülmünə dözə bilməyib özünü yandırdı? Elə şərhlərdə də biri ehyam vurur, Zaur Həsənov əziyyət çəkərkən bir milyon dollara ayı kababı yeyən Anar Məmmədov hardaydı? Bəlkə etiraf edəsiniz ki, əliyev rejimində torpağın, şəhidin, qazinin, vətənin qeyrətini çəkən bir adam yoxdur? Sələfilərin şərhlərində isə məzhəb davası açıq görünür, bu cür xəbərlərin demək olar hamısında sələfilər fəaldır, şiələr isə demək olar yox dərəcəsindədir ki, bunun da səbəbi var. Birincisi, bu gün şiə fəallarının demək olar hamısı hicaba azadlıq tələb etdikləri üçün İlham Əliyevin həbsxanalarında ömürləri çürüdülür və heç kim onlara sahib durmur. İkincisi, İlham Əliyev hakimiyyəti həbslərlər, qətllərlə, intihara məcbur etməklərlə azadlıqda olan şiələrin gözünü elə qorxudub ki, şiələrin əstəğfürüllüh bəlkə Allah da yadından çıxıb. Belə çıxır ki, əliyev rejiminin zülmü ilə şiələr də Zaur Həsənov kimi tək tənha qalıb üz üzə, heç bir dəstək, yardım olmadan əlbəttə ki, əliyev rejimi onları istədiyi kimi məhv edəcək. Ancaq sələfilərin vəziyyəti belə deyil, onlara Səudiyyə Ərəbistanı birinci növbədə külli miqdarda pul ayıraraq maddi dəstək veriri, sonra da qalan hər cür siyasi və digər dəstəkləri verir. Nəticədə də bu sələfilərin ən zəifi, intizamsızı, acizi azğınlaşıb açıq bəyan edir ki, Azərbaycandakı bütün şiələri məhv edəcək, bu işə də hacı Şahin Həsənlinin öldürülməsi ilə başlayır. Baxmayaraq ki, bu terror aktı baş tutmur bu sələfilərin Azərbaycanda nə qədər sərbəst, rahat, qorxmadan, hürkmədən, istədiklərini öldürməyə qalxdıqlarını göstərir. Bilmirki Allah göydən şiələri müdafiə etmək üçün mələk göndərəcək ya yox, ancaq bu gedişlə İslam dünyasında qırmızı kitab yaranarsa ora düşmək üçün elə Azərbayacanın fəal şiələri ən birinci namizəd olacaq. Oxşar xəbərlər
|