Ayətullah Kirmani: "İran sizin bu hədələrinizə gülür"
Bu gün Tehranın cümə namazının xətibi Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani olub İslamazeri-nin “Farsnews”-a istinadən verdiyi xəbərə görə, bu gün Tehranın cümə namazının xətibi Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani ABŞ rəsmilərinin İran xalqının əleyhinə olan sözlərinə toxunaraq deyib: ”Cənab Kerri və xanım Şermen çox ədəbsizlik ediblər pis sözlər deyiblərki bu pislik onların özlərinə layiqdir. Xanım Şermen deyir İran bizim pulumuzla kasıblara yemək verib. ABŞ İranın pulunu "dondurub" indi də, müzakirələrdən sonra bu pulun bir hissəsini bizə qaytarırsız. Halbuki sizin bu embarqolarınız və bizim pula əl qoymağınız oğurluqdur". Ayətullah Müvəhhidi Kirmani ABŞ-ın istəklərinin böyük olduğunu bildirərək deyib :”Bir cümlədə deyirəm məsələ təkcə nüvə müzakirəsi deyil, bizim ballistik raketlərinə tərəf getdiyimiz barədə də pıçıldayırlar.” Ayətullah Müvəhhidi Kirmani xütbəsinin davamında deyib :”Deyirlərki İran gərək terrorçuları dəstəkləməkdən əl çəksin. Terrorçular kimlərdir? Onların məqsədi Hizbullahdır? O Hizbullahki ölkəsini, dini və şərəfini müdafiə edir, bu ABŞ-a görə terrorçuluqdur və İran bunları dəstəklədiyinə görə cinayətkardır.” Tehranın cümə namazının müvəqqəti xətibi Suriya xalqının öz müqəddaratlarını özləri həll etməli olduğunu bildirərək deyib :”Görəsən bizki Suriyanı dəstəkləyirik sabitsizliyin səbəbkarıyıq? Görün nə qədər yersiz sözlər danışırsız. İraqda və Livanda da belədir. Livanda qanuni və şəri hökümət təşkil edilib amma siz terrorçuları dəstəkləyirsizki milləti qətlə yetirsinlər və höküməti yerə vursunlar. İran məzlumları dəstəkləyir və bu sabitsizliyin səbəbkarıdır? Bəhreyn, Qəzza və Əfqanstan da eyni kateqoriyadandır.” Ayətullah Kirmani sonra deyib :”Qəribəsi budur ki, Con Kerri deyir ki, biz İranın 30 illik tarixinə göz yummamışıq. Bəli göz yummayın və gözlərinizi açıb baxınki nə qədər cinayət törətmisiz. Deyirlər gələcək 6 ay ərzində biz sanksiyalarla İran iqtisadiyyatına təzyiqi davam etdirəcəyik və İranın iqtisadiyyatının yaxşılaşmasına icazə verməyəcəyik. Indi bütün bu əsassız və əlaqəsiz sözlərlə və bu ittihamlarla yeri deyilmiki İran” Amerkaya ölüm”-ü fəryad etsin? “ İmam cümə sözlərinin davamında deyib: "Olar xarici işlər naziri Zərifin ruhunun aramlığından və nəcibliyindən sui-istifadə ediblər. Hər nə qədər o müzakirələrdə daha çox ədəb göstərib, onlar ədəbsizləşiblər. Xarici işlər nazirliyi gərək bu təkəbbürlülərin qarşısında təkəbbür göstərsin və onların əsassız sözlərinə qarşılıq olaraq əsaslı və təvazökarlığdan uzaq sözlər istifadə etsinlər. Hər halda bu məsələ önəmlidir. Təəsüflər ki, ABŞ əl çəkən deyil həm prezident həm xarici işlər nazirləri və həm də xanım Şermen təhdid edirlər ki, hərbi variant masadadır. Müaviyə Əmirəlmömüninə (əs) yazıb ki, bizim aramızda qılınc olacaq. İmam cavab verib ki, sən bizi ağlatmaq istədin, amma biz sənə və sənin sözünə güldük. İran da bu hədələrə gülür. Siz müzakirə halındasız və bu hədələr müzakirə ədəbi ilə uyğun gəlmir. Nəticədə əgər müzakirə ədəbini anlayacaq ədəbiniz yoxdursa mən Zərifə başsağlıqı verirəm ki, bu şəxslərlə müzakirələrdə iştirak edir". Ayətullah Kirmani sözlərinin davamında bildirib ki, bizim kiçik qardaşlarımız 33 gün ərzində Bəni İsraili yerlə bir etdilər. Hər kəs bilir ki, siz İsraili dəstəkləyirdiz və onun təhlükəsizliyinə zəmanət verdiniz amma İmamın (rə) dediyi kimi heç bir qələt edə bilmədiniz. Tehranın müvəqqəti xətibi davamında cümə namazına toplaşanlara deyib:"Bilinki bütün bu izzətlər islam əhkamına sadiq qalmağa bağlıdır. Bu gün o gündür gərək islami dəyərlərə və inqilaba bağlı qalaq. Millət gərək inqilabın qədrini bilsin". islamazeri.az Oxşar xəbərlər
|