Ayətullah Kirmani: "Bu güc atom bombasının gücündən daha təsirlidir"
Mьəllif: admin1
Tarix: 17-04-2014, 03:58
Bцlmə: Məqalələr » Maarif
Ayətullah Kirmani: "Bu güc atom bombasının gücündən daha təsirlidir"


Tehranın cümə namazının bu günki xətibi Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani olub

İslamazeri-nin “Farsnews”-a istinadən verdiyi xəbərə görə, Tehranın cümə namazının bu günki xətibi Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani İran və “5+1” qrupunun nüvə müzakirələrinə toxunaraq deyib: “Müzakirəçi qrup problemləri həll etmək üçün təqva ilə meydana daxil olmalıdırlar. Onlar buna diqqət etməlidirlər ki, İmam Əli (ə) məktəbində düşmənlə sülh var, amma barışıq yoxdur.”

Ayətullah Kirmani ABŞ-ın böyük şeytan olduğunu bildirərək deyib ki, "Allah eləsin, böyük şeytan İran heyətini aldatmağa müvəffəq olmasın. Rəhbərin ən önəmli sözlərindən biri də düşmənlə sərhəd saxlamanın lazım olduğunu bildirməsidir. Düşməni tanımaq lazımdır. Düşmənin hiylələrini tanımaq və onun hiyləgər təbəssümünə aldanmamaq lazımdır."

Müvəhhidi Kirmani əlavə edib ki, "amerkalılara güvən yoxdur, buna görə də, rəhbər müzakirələrə yaxşı baxmadığını deyib. ABŞ bu gün bir çox problemlərlə qarşılaşıb. Onlar regionda islamçılıq ruhiyyəsinin yarandığını bilirlər. Regionda yaranmış dəyişiklik müstəmləkçiləri narahat edir."

Xətib ABŞ-ın digər ölkələrin məsələlərinə qarışmağı xalqının arasında hörmətini itirdiyini bildirərək deyib: “Bu gün ABŞ-ın cinayətlərinə nifrət etmək bütün dunyaya yayılıb və “ABŞ-a ölüm” şüarını səsləndirmək artıq təkcə İrana xas deyil. Əgər düşmənin masasında hərbi variant varsa, ilk növbədə bu özü zəiflik nişanəsidir. İranın düşmənlə qarşılaşmaq üçün müqavimət və rəhbərə tabe olan bir millət kimi çoxlu variantı var. Bu güc atom bombasının gücündən daha təsirlidir.”

Tehranın müvəqqəti xətibi davamında bildirib ki, "düşmən təsəvvür edirdi ki, sanksiya ilə bizim hökumətimizi iflic edəcək, amma gördülər ki, xalq dayanıb və inşallah iqtisadi müqavimətə əməl etməklə problemlər həll olunacaq. Bizim ölkə daxilində böyük potensialımız var və rəhbər də tövsiyə edir ki, daxilə nəzər salaq. Gərək xarici ümidi kəsək. Daxildə çoxlu istedadlar var, amma ən önəmlisi mənəvi istedadlardır."

Ayətullah Müvəhhidi əlavə edib ki, "inqilab rəhbəri nüvə enerjisinin bəhanə olduğunu deyib. Əsas məsələ inqilab və islamdır. Nə qədər ki, biz inqilaba bağlıyıq, onlar bizdən əl çəkməyəcək. Əgər biz nüvə enerjisi məsələsindən əl üzsək, ABŞ başqa bəhanə tapmağa çalışacaq."

Sonda xətib mədəniyyət mövzusuna da toxunaraq bildirib ki, "Mədəniyyət Nazirliyi kitablar və kinoların lisenziyası məsələsində daha çox diqqət etməlidir."

islamazeri.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930