"Avtomobili yuxulu halda idarə etmək, qanunsuz ötmək haramdır"
Müctehid sürücülərlə bağlı fətva verdi İslamazeri-nin İran mətbuatına istinadən verdiyi xəbərə görə, İslam aləminin tanınmış təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi sürücülərin yuxulu halda avtomobil idarə edərək həm özünün, həm də başqalarının həyatını təhlükəyə atdığına görə fətva verib. Belə ki, Məkarim Şirazi bildirib: "Mənim nəzərimcə, avtomobili yuxulu halda idarə etmək və qanunsuz başqa avtomobilləri ötmək şəriət baxımından haramdır, sürücülər bu məsələyə diqqət yetirməlidirlər." Ayətullah Nasir Məkarim Şirazi daha sonra deyib ki, avtomobil qəzası zamanı ölüm halları çox olan ölkələrin sırasında olması İran İslam Respublikası üçün bir nöqsandır. islamazeri.az Oxşar xəbərlər
|