HEKAYƏLƏRIN UŞAQLARIN ŞƏXSIYYƏT KIMI FORMALAŞMASINA TƏSIRİ
Nağıl kitabları uşaqların həm psixoloji, həm də ictimai inkişafında əhəmiyyətli rol oynayır. Məsuliyyət sahibi olmaq, yalan danışmamaq və hadisələrdən doğru çıxmaq kimi xüsusiyyətlərin təkmilləşməsinə kömək edən hekayələr, uşaqların yaşlarına uyğun seçildiyi halda xarakterin inkişafına da doğru yöndə təsir edir.
Xarici mətbuatın hekayələrin uşaq psixologiyasına təsiri məqamları təqdim olunur: Demək olar ki, bütün uşaqlar hekayə və nağıllarla böyüyür, xəyal dünyasına çoxlu qəhrəmanlar qonaq edir və onları yuxularında görürlər. Bu xəyallar və xəyali qəhrəmanlar, o uşağın eyni zamanda xarakterinin də meydana gəlməsində böyük rol oynayır. Nağıllar uşağın zəkasını inkişaf etdirməsi, qavrama və diqqət gücünü artırması, söz ehtiyatını zənginləşdirməsi, öyrənmə istəyini və maraq hissiyatını artırması yönü ilə uşağın inkişafında əhəmiyyətli rol oynayır. Psixoloqlar, nağıl kitablarının 3-4 yaşından etibarən uşaq və valideynlər arasında bir söhbət vasitəsi olduğunu ifadə edərək, "Nağıllarla uşağın dünyasına girmək və xarakterin inkişafı dəstəkləmək olar. Uşaq nağıllarda özünü tapır. Nağıldakı xarakterlə qaynaşır, inteqrasiya olunur, ondan təsirlənir",- deyirlər. Psixoloqlar, nağılların diqqətli seçilməsini məsləhət görürlər. Çünki nağıllar uşaqların təxəyyülünü genişləndirir. "Ailələr nağıl oxumaq üçün uşaqlarına vaxt ayırmalıdır. Bu nağıllar haqqında uşaqlarla danışmalıdırlar. Nağıllar, uşaqların öz dünyalarında qarşılaşdıqları çətinlikləri həll etməsinə köməkçi olub, mühakimə, məntiq, səbəb-nəticə əlaqəsi qurma bacarıqlarını təkmilləşdirir." Ailə, hekayə və nağıllar vasitəsilə uşaqlarına çatdırmaq istədiklərini- məsələn, yaxşı ilə pis, çalışqan ilə tənbəl, məsuliyyətli ilə məsuliyyətsiz xarakterlərini uşaqlarının dünyasında canlandıraraq, hekayələr vasitəsilə çatdıra bilər. Psixoloqlar, uşaqlar üçün hekayə seçimi ilə bağlı bunları təklif edir: "1-3 yaşda olanlar üçün qalın kartonlu və ya parça kitablar, şəkillərin olduğu, parlaq, uşağın diqqətini cəlb edən kitablar seçilməlidir. 3-5 yaşda ki uşaqlar həyatın içindən olan şəkillərlə zəngin, təxəyyülü inkişaf etdirən hekayə kitabları ola bilər. 5-8 yaşlı uşaqlar üçün nağıllarda doğrunu və səhvi bir yerdə saxlayan və daha çox gerçək hekayələrdən ibarət olan bol şəkilli, uşağın diqqətini cəlb edən nağıl kitabları seçilməlidir. 8-12 yaşlı uşaqlar üçün kitabları isə uşağın da istədiyi, təxəyyülü inkişaf etdirə bilən macəra, nağıl, hekayə, lətifə, şeir, tapmaca, roman və əfsanələrdən ibarət ola bilər." modern, islaminsesi Oxşar xəbərlər
|