Şeytanın (lən) nəsihətləri
Mьəllif: admin1
Tarix: 26-08-2014, 19:02
Şeytanın (lən) nəsihətləri
Şeytan (lən) heç bir zaman insanın dostu ola bilməz. Ancaq özü də bilmədən bəzən ilahi peyğəmbərlərə (ə) nəsihətlər vermişdir. Nə etdiyini başa düşəndə, özünü çox danlamışdır. (Tebyan)
Şeytanın (lən) Həzrət Nuha (ə) verdiyi nəsihət.
Tufandan sonra şeytan (lən) Nuhun (ə) yanına gəlir və deyir: “Nuh, sənin mənim boynumda haqqın vardır. Həmin haqqı əda etmək üçün sənə nəsihət edəcəyəm”. Nuh (ə) deyir: “Allaha pənah aparıram ki, sənin boynunda haqqım vardır”. Şeytan deyir: “Bu möminlər övlad sahibi olana qədər mən istirahət edəcəyəm. Çünki onlar muxlisdirlər və bütün kafirlər dünyadan gediblər”. Nuh (ə) dedi: “Nəsihətin nədir?”. Şeytan (lən) dedi: “Məni üç halda yada sal və bil ki, bu üç halda mən mütləq oradayam.
1. O zaman ki, naməhərəm kişi naməhrəm qadınla xəlvət edər və mən üçüncü şəxs olaram.
2. Qəzəblənən zaman.
3. Hökm verən zaman”.

Şeytanın (lən) Həzrət Musaya (ə) verdiyi nəsihət.
Həzrət Musa (ə) şeytana deyir: “Məni o günahdan agah et ki, insan ona düçar olan zaman sən hakim olarsan”. Şeytan (lən) deyir: “O zaman ki, onun özündən xoşu gələr. Əməlini çox hesab edər, günahı nəzərində kiçik olar”.
Şeytan (lən) heç bir zaman insanı həlak etməkdən əl çəkməz. Çox sayda abidi şəhvət və ya mal-dövlətlə yoldan çıxartmışdır. Bəni-İsrayilin abidi olan Qarunu mal toplamaqla yoldan çıxardır.
Şeytan (lən) həmişə insanın zəif cəhətlərindən hücum edir.
Şeytanın etdiyi nəsihətlər.
- Qeybət - cəhənnəm itlərinin yeməyi və ölü qardaşın murdar ətidir.
- Yalan, bütün pisliklərin açarıdır.
- Əxlaqsız filmlərə tamaşa etmək həyanı aparar və ailəni dağıdar.
- Hicabsızlıq, qadını gecə xeymələrinin gəlinçiylinə çevirər.
- Zina, Allahı unutdurar və Allahın mehrini ürəkdən silər.
- Tənbəllik, dünya və axirət ziyanına səbəb olar.

Gecəni gec yatmaq, çox yeməyin şeytan üçün bəzi faydaları vardır, o cümlədən:
1. Gec oyanmaq.
2. Sübh namazını qəza etmək.
3. Yaxşı yatmamaq.
4. Gecə namazından qəflət etmək.

Şeytan (lən) bildirir ki, Quran oxumaq onunla mübarizə yolunu insanlara öyrədər. İnsanın ürəyində olan qabarı aradan aparar, xüsusilə də ölüm, Qiyamət qəflətini.
Allah Təala bizləri şeytanın (lən) şərindən amanda saxlasın.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930