Hər gün 5 şabalıd yeməyin 7 faydası
Mьəllif: admin1
Tarix: 21-12-2019, 10:55
Hər gün 5 şabalıd yeməyin 7 faydası
Şabalıd çox faydalı, diyetik, müalicəvi məhsul sayılır.

Şabalıd müxtəlif vitaminlər (A, D, E, B qrupu), minerallar (fosfor, dəmir, kalsium, kalium), qidalı liflər, flavonoidlər, pektinlər, aminturşuları və s. əvəzolunmaz maddələrlə zəngindir.

Qidalanma üzrə mütəxəssislər müalicəvi və profilaktik məqsədlərlə hər gün 5 bişmiş şabalıd yeməyi tövsiyə edirlər. Bu orqanizmə çox yaxşı müalicəvi və profilaktik təsir edir.

Hər gün 5 şabalıd yeməyin faydaları:

- damarların divarlarını möhkəmləndirir, varikoz xəstəliyinin profilaktikasıdır.

- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir.

- ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır.

- sinir sistemi üçün faydalıdır, stress və depressiyadan qoruyur.

- qanda xolesterolun səviyyəsini aşağı salır.

- qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini aşağı salır.

- mübadilə prosesləri yaxşılaşdırır.
(saglamolun.az)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031