Moruğun insan orqanizminə faydası
Mьəllif: admin1
Tarix: 29-06-2017, 22:06

 Dadlı və ətirli moruğu əsl təbii dərman hesab etmək olar. Onun tərkibində insanı ağır xəstəliklərdən və o cümlədən xərçəngdən qoruyan bir çox nadir qiymətli maddələr var.

 

1. Moruq kaliumla zəngindir. Bu mineral ürəyin sağlamlığı və normal fəaliyyəti üçün olduqca vacibdir.

 

2. Moruq həmçinin C vitamini ilə də zəngindir. Bu vitamin damarların sağlamlığını qoruyur, onları möhkəm və elastik edir, damarlarda trombların əmələ gəlmə riskini azaldır.

 

3. Qanalığından əziyyət çəkən insanlar mütləq moruq yeməlidir. Bu giləmeyvənin tərkibində qan üçün çox faydalı olan mis, dəmir, fol turşusu kimi maddələr var.

 

4. Antosian maddələri ilə zəngin olan moruq görmənin qorunması üçün olduqca faydalıdır.

 

5. Moruq bioflavonoid maddələri ilə (antosian, kversetin, katexin və s.) zəngindir. Bir çox digər müalicəvi xüsusiyyətlərlə ynaşı bu maddələr o cümlədən güclü xərçəngəleyhinə təsirə malikdir.

 

6. Moruq təbii antiseptik və antibiotikdir.

 

7. Tərkibində salisil turşusu olan moruq (salisil turşusu aspirinin tərkibində daxildir) yüksək hərarəti salır və ağrıları (əzələ, baş ağrıları, o cümlədən miqren ağrıları və s.) azaldır.

 

8. Moruq qanda xolesterolun səviyyəsini aşağı salır və bunula da damarların əsas düşməni olan aterosklerozun inkişafından qoruyur.

 

10. Moruq mübadilə proseslərini və lipolizi (piylərin parçalanması prosesi) sürətləndirir və bununla da arıqlamağa kömək edir.

saglamolun.Az

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031