Xərçəng xəstələrinə xoş xəbər
Mьəllif: admin1
Tarix: 8-09-2017, 21:23
Xərçəng xəstələrinə xoş xəbər
Xərçəng əməliyyatlarında ən böyük risk həkimlərin xərçəng hüceyrələri ilə sağlam toxumalar arasındakı sərhədi tam olaraq təyin edə bilməməsi idi.

Ancaq yeni ixtira edilən qələm xərçəngli toxumanı 10 saniyədə ayırd edir.

ABŞ-ın Texas Universitetində mütəxəssis bir qrup tərəfindən ixtira edilən qələm ölçüsündəki cihaz, 10 saniyə içində xərçəngli toxuma ilə sağlam toxumanı ayırd etməyi bacardı. Əldə daşına bilən xərçəng skaneri, ağciyərlərdən, yumurtalıqlardan, tiroidlərden, sinədən alınan xərçəngli toxuma və sağlam toxumalardan ibarət olan 253 insan toxuması üzərində sınandı.

Cihaz, kimyəvi strukturları sağlam hüceyrələrdən olduqca fərqli olan xərçəng hüceyrələri təyin etmək üçün xərçəngli olduğundan şübhələnilən qisimə dəydirildi və oraya kiçik bir su damlası buraxdı. Canlı hüceyrələrdə olan kimyəvi maddələrin nüfuz etdiyi damlacıq, qələm tərəfindən analiz üçün təkrar alındı. Qələm böyüklüyündəki cihazın etdiyi bütün əməliyyatlar, 10 saniyə içərisində reallaşdı. Cihaz daha sonra, minlərlə kimyəvi maddələri eyni anda ölçə bilən böyük bir spektrometrəyə ilişdi. Spektrometrə, həkimlərin necə bir toxumayla qarşı-qarşıya olduqlarını göstərən kimyəvi bir barmaq izi çıxardı. Qələm, 96% nisbətində müvəffəqiyyət təmin etdi və mövcud texnologiyadan 150 qat daha sürətli nəticə verdi.

Elm adamları, yeni inkişaf etdirilən texnologiyayla şişlərin çox daha sürətli, etibarlı və qəti bir şəkildə qaldırılma imkanı meydana gəldiyini bildirdi. Həkimlər bu sayədə, əməliyyatlarda xərçəngli hüceyrələrin buraxılma ehtimalının da azaldığını bildirdi. Bu texnologiya, gələcək il xərçəng əməliyyatlarında istifadə edilməyə başlanacaq.


Deyerler.org
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930