Uşaqları qripdən qorumağın yolları
Uşaqlara meyvə və tərəvəz yemək vərdişini formalaşdırmaq çox mühümdür.
Deyerler.org xəbər verir ki, xüsusilə təzə meyvə və tərəvəz istehlakının immuniteti dəstəklədiyini və bununla infeksiya və soyuqdəyməyə qarşı qoruyucu təsirinin olduğunu bilirsiniz. Valideynlər uşaqların yemək qablarına sevdikləri qış meyvələrini qoyaraq, uşaqlarını meyvə yeməyə sövq edə bilərlər. Eyni zamanda uşaqlar valideynləri və ya qardaş-bacılarını nümunə saydıqları üçün, bu vərdişə evdə yiyələnilməsi həddən artıq mühümdür. Kifayətedici və balanslı qidalanma uşaqları xəstəliklərdən qorumaq, eyni zamanda fiziki və zehni inkişaflar üçün də böyük əhəmiyyət daşıyır. Əlləri müntəzəm yumaq infeksiyanın qarşısını alır. Qrip kimi infeksion epidemiyalar məktəblərdə çox tez-tez ortaya çıxır. Gün ərzində bir-birilə çox təmas edən, toza, kirə məruz qalan uşaqlarda infeksiya riski də artır. Bunun qarşısını almaq üçün ilk növbədə uşaqlara gigiyena qaydalarını öyrətmək lazımdır. Uşaqlara əllərini müntəzəm olaraq yumaları, xəstə olan yoldaşları ilə çox yaxın təmas qurmaması istiqamətində də məlumat verilməlidi. Erkən yatmaq immuniteti möhkəmləndirir. Yay aylarında daha çox rahat bir yuxu rejiminə öyrəşən uşaqlar, məktəb dövründə rejim ilə yuxuya getməkdə çətinlik çəkirlər. Kifayət qədər yatmaq uşağın hər cür inkişafını, sağlamlığını və məktəbdəki uğuruna müsbət istiqamətdə təsir edir. Qripin qarşısını almağın ən mühüm yollarından biri də nizamlı yuxudur. Kifayət qədər yatmamış məktəbə gedən uşaqların immuniteti zəif olur, qripə qarşı daha dözümsüz vəziyyətə düşürlər. Oxşar xəbərlər
|