Xərçəng diaqnozu üçün yeni üsul
Mьəllif: admin1
Tarix: 11-12-2017, 21:55
Xərçəng diaqnozu üçün yeni üsul
Xərçəng diaqnozu, müalicəyə tez başlaya bilmək üçün olduqca əhəmiyyətli bir müddətdir. Araşdırmaçılar xərçəng diaqnozu üçün elektrokimyəvi mikroskoplu yoxlama üsulunu yaratdı.
Xərçəng diaqnozu üçün əlavə kimyəvi elementlərə ehtiyac duyulmur.

Angewandte Chemiedə nəşr olunan bir işdə, araşdırmaçılar elektrokimyəvi mikroskoplu yoxlama adlı bir göstərmə texnikasının faydalı bir tibbi vasitə ola biləcəyini göstərdi. Bu üsulda yaxşı bir görünüş əldə etmək üçün toxumada, boyalar və ya flüoresan işarələyicilər kimi əlavə kimyəvi maddələr istifadə etmək məcburiyyəti qalmır. Toxumanın ətrafındakı təbii biomolekulların müəyyən olunması üçün elektrokimyəvi nümunələr istifadə edilir.

Yumşaq mikroelektrodlar, toxumalardakı bəzi kimyəvi maddələrin çıxardığı elektrik cərəyanını ölçərək, toxumanın fiziki quruluşuna və birləşməsinə dair məlumatlar verir. Siçanlar üzərində aparılan iki fərqli işdə qaraciyər və ürək yoxlamaları müvəffəqiyyətli bir şəkildə edildi.

Başqa bir təcrübədə isə, araşdırmaçılar sağlam insan toxuması ilə xərçəngli insan toxuması arasındakı fərq müşahidə edildi. Bu üsulun yalnız xərçəng diaqnozunda deyil, xərçəngli hüceyrələri yox etməkdə də istifadə edilməsi planlaşdırılır.
Deyerler.org
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930