Çoxlu göyərti yemək qocalmanı ləngidir
Yaşıl tərəvəzlər yaddaş və digər koqnitiv funksiyaları saxlamağa kömək edərək beyin qocalması prosesini ləngidir.
ABŞ-dakı Raş Universitetinin tibb mərkəzi mütəxəssislərinin gəldiyi qənaət belədir. Tədqiqatda orta yaşı 81 olan 960 nəfər yaşlı insan arasında onların nə ilə qidalanmaları barədə anket sorğusu keçirilib. Könüllülər hər il koqnitiv qabiliyyətləri - diqqət, yaddaş və təfəkkürü yoxlayan testləri yerinə yetiriblər. Alimlər tədqiqatda iştirak edən könüllüləri tərəvəzlərlə qidalanmaya görə beş qrupa bölüblər və hər gün 1,3 pay göyərti yeyənlərlə ən az göyərti yeyənləri müqayisə ediblər. Bütövlükdə hər il bütün iştirakçıların zehni qabiliyyəti 0,08 standart vahidə enirdi. Ancaq hər gün çox göyərti yeyənlərdə beyin qocalması əlamətləri daha az olub. Tədqiqatın yekunlarına görə, onlar heç tərəvəz yeməyənlərdən 11 il daha cavan qalıblar.(azertac) Oxşar xəbərlər
|