Hansı quru meyvə nəyə faydalıdır?
Quru ərik
Həzm problemlərinə qarşı yaxşı təsir göstərir. Stressi və qanazlığını önləyir. Tərkibindəki A vitamini dəri pozuntularının müalicəsində də son dərəcə təsirlidir. Gündə 5 quru ərik yemək içərisindəki kalium sayəsində ürək əzələlərinin və sinirlərinin inkişafı üçün əhəmiyyətlidir. Kişmiş Yaxşı bir enerji qaynağıdır. Bəlğəm gətirən təsirilə tənəffüs xəstələrinə tövsiyə edilir. Gündə 10 dənə yeyildiyində təzyiqi salmada təsirlidir. Bu istiqamətilə iltihablara qarşı da immuniteti gücləndirir. Quru alma Xüsusilə qatıqla yeyildiyində, zəhərli ishal növləri üzərində çox güclü bir təsiri vardır. Lifli xüsusiyyəti sayəsində insanı tox tutur. Gözlərinizi yoracaq bir işdə işləyirsinizsə hər gün bir ovuc quru alma yemək yaxşı təsir göstərir. Quru xurma Antioksidant tərkibilə immuniteti gücləndirir və xərçəngə qarşı qoruyucu təsir göstərir. Dəri gözəlliyi və sağlamlığının qorunmasında rol oynayır. Yüksək fibrin məzmunu ilə həzm probleminə qarşı yaxşı təsir edir. B1, B2 vitaminləri ilə sinir sistemini qoruyur. Beyin funksiyalarını nizamlayır. Quru tut Yaxşı bir qan quruluşçu və qızdırma salıcı olaraq əsrlərdir istifadə edilən quru tut vitamin mənbəyidir. Gündə bir ovuc yeyərək özünüzü daha gümrah və enerjili hiss edə bilərsiniz. Ayrıca quru tut ağız qoxusunu da yox edir. Deyerler.org Oxşar xəbərlər
|