Xərçənglə mübarizədə yeni silah
Mьəllif: admin1
Tarix: 18-02-2018, 19:01
Xərçənglə mübarizədə yeni silah
ABŞ alimləri DNT-dən çıxardıqları nanorobotlar sayəsində xərçəng hüceyrəsini təsirsiz hala gətirərək şişləri kiçiltməyi bacardı.

Elm insanları, DNT-dən etdikləri nanorobotlarla xərçəng hüceyrələrinə gedən oksigen və enerjini kəsmənin yolunu kəşf etdi.

İngiltərədə nəşr olunan The Times qəzetinin elmi müxbiri Oliver Mudinin xəbərinə görə kiçik heyvanlar üzərində aparılan sınaqlarda bu üsulun heç bir zərərli yan təsiri də görülmədi.

ROBOTLAR ŞİŞLƏRİ KİÇİLTDİ

Nature Biotechnology jurnalında nəşr olunan araşdırmaya görə mikroskopik DNT robotları siçanlar üzərindəki sınaqlarda şişləri kiçiltməyi bacardı.

HƏYATA KEÇİRİLMƏSİ YAXINDIR

Araşdırmanı icra edən Arizona Dövlət Universitetinin biokimya professoru Hao Yan dedi: "Bu texnologiyanın həyata keçirilməsinə çox yaxınıq".

Bu nanorobotlar, kiçik ölçüləri sayəsində damarlarda asanlıqla gəzir və sağlam hüceyrələrdə nadir olaraq rast gəlinib xərçəngli hüceyrələri bəsləyən damarlarda sıxlıqla rast gəlinən nukleolin adlı kimyəvilə qarşılaşdığı anda o damarları tıxayaraq şişə qan axışını dayandırır.
Deyerler.org
Oxşar xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31