Xərçəng və diabet yoluxucudur?
Mьəllif: admin1
Tarix: 28-02-2018, 14:32
Xərçəng və diabet yoluxucudur?
Amerika Birləşmiş Ştatlarında aparılan bir araşdırmaya görə, diabet və xərçəng yoluxucu xəstəliklər ola bilər. Balıqlar üzərində aparılan təcrübələr, iki xəstəliyin də viruslar yolu ilə yoluxa biləcəyini göstərdi. Ancaq təcrübələr hələ insanlar üzərində sübut edilmədi.

Diabet və xərçəngə viruslar səbəb ola bilər. Bu, iki xəstəliyin də yoluxucu ola biləcəyini göstərir.

Araşdırmanı qiymətləndirən mütəxəssislər belə danışdılar: "Balıqlarda olan bir virusu araşdırdıqlarında insulinə bənzər bir zülal ifraz edildiyi müşahidə olundu. Bu ifraz olunan zülal şəkər mexanizmini sürətləndirir və böyümə siqnalı verir. Böyümə siqnalı xərçəng hüceyrələrinin idarəsiz çoxalması mənasını verir".

Araşdırmanın insanların üzərində sübut edilmədiyini ifadə edən mütəxəssislər bunları qeyd etdilər: "Bu, bizə infeksiya yolu ilə xərçəngin meydana gələ biləcəyini göstərir. Bu araşdırmanın nəticəsində virusların ifraz etdiyi zülalın diabetə və xərçəngə yol aça biləcəyi mövzusunda əhəmiyyətli məlumat əldə edilə bilindi".



Deyerler.org
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930