Şəfa anbarı olan balın heç bilmədiyiniz 9 faydası
İslamazeri.com şəfa anbarı olan balın heç bilmədiyiniz 9 faydasını öz oxucularına təadim edir: İslamazeri.com şəfa anbarı olan balın heç bilmədiyiniz 9 faydasını öz oxucularına təadim edir: 1-Yanıq izlərini sağaldır Balın dəridəki yanıqlara olan təsiri əslində minlərlə ildir ki, məlumdur. Bal onlara müsbət təsir edib, sağaltmaqla qalmır, həmçinin yaraların bağlanıb infeksiyadan qorunmasının da qarşısını almağa kömək edir. 2-Uçuğa yaxşı təsir edir Dodaqda çıxan uçuqlara yaxşı təsir edir. 3-Xərçəngin müalicəsinə dəstək verir 2011-ci ildə aparılan bir araşdırmada, bir növ böyrək xərçəngi olan renal hüceyrəli karsinoma xəstələrində balın xərçəng hüceyrələrinin çoxalmasının qarşısını almaqda təsirli olduğunu ortaya çıxarıb. 4-Qan şəkərini tənzimləyir Bal şəkərdən daha sağlam bir alternativdir və qan şəkərini şəkər qədər yüksəltmir. Yəni çaya şəkər əvəzinə bal qatmaq daha yaxşı bir seçimdir. 5-Yaddaşı gücləndirir Aparılan araşdırmalara əsasən, bal yaddaş üçün olduqca faydalıdır. Xüsusilə xəstəliklərdən sonra yaddaşda problem yarandıqda balın çox faydalı olduğu təsdiqlənib. 6-Hemoroidin müalicəsində təsirlidir Hemoroid, ya da xalq arasındakı adıyla babasilin aradan qaldırılmasında da öz sözünü deyib. Həmçinin, bir miqdar zeytun yağı qatılmış balın təsirli olduğu da müəyyən edilib. 7-Xora ilə mübarizə aparır Bal xaricdən görünən yaraları sağaltdığı kimi, daxili orqanlarımızdakı yaralara, məsələn mədə yarası olan xoraya də yaxşı təsir göstərir. 8-Sədəf xəstəliyi (dəmro) üçün faydalıdır Babasil üçün istifadə etdiyimiz bala zeytun yağı əlavə etdikdən sonra sədəf xəstəliyinin müalicəsində də istifadə etmək müsbət təsir göstərən amillərdəndir. Oxşar xəbərlər
|