İnsan bədənində naməlum mikro-orqan kəşf edildi
İnsan bədəninin immun sistemi üçün çox əhəmiyyətli təsirə malik olan bir mikro-orqanın varlığından yeni xəbərimiz oldu. Bu orqan, bədənin müxtəlif bölgələrində olan linfa bezlərinin üzərini incə bir pərdə formasında örtür. Gəlin necə işlədiyinə birlikdə baxaq.
Bəzi yoluxucu xəstəlikləri bir dəfədən çox keçirmədiyimizə dair ilk nəticələr, bundan 2400 il əvvəl rast gəlindi. Bu təsiri, həyatımızın davamlılığı üçün şərt olan immun sistemimizə borcluyuq. İnsan bədəni hələ işıqlandırıla bilməyən o qədər çox sirlə doludur ki, immun sistemimiz üçün kilid rol oynayan bir mikro-orqanın varlığından yeni xəbərimiz oldu. Avstraliyanın Qarvan İnstitutunda aparılan araşdırmanın rəhbərlərindən olan Dr. Tri Fan bu barədə belə danışdı: "Peyvəndlərin necə edilməsi lazım olduğu mövzusunda uzun zamandır işləyirik, ancaq immun sisteminin bəzi xəstəlikləri necə xatırladığı mövzusuna çox toxunmamışdıq". Bir infeksiya bədənimizə yayıldığı zaman immun sistemi hüceyrələri, bu infeksiya viruslarına qarşı anticisim yaradır. İnfeksiyaya qarşı çıxarılan işə yarayan anticisimlərin kodları saxlanılır, eyni infeksiya təkrar bədənə daxil olanda bu anticisimlər təkrar yaradılırlar. Beləcə infeksiya bədənə yayılmadan çölə atılmış olur. Peyvəndlər isə uyğun anticisimlərin istehsalı mövzusunda immun sisteminə xəbərdarlıqlar göndərirlər. Xərçəng xəstələrindən alınan linfa düyünlərini yaxından araşdıran qrup, yeni orqanın – SPF-ın varlığını qəti bir formada sübut etdi. Araşdırmaçılara görə ehtimalla bütün məməlilərdə və bəlkə də digər heyvanların bir qisimində SPF orqanından var. Bunu dəqiqləşdirmək üçün araşdırmaların davam etməsi gözlənilir. Dr. Fan orqanın çox incə və ənənəvi mikroskoplarla az qala görülməz olduğunu dedi. Deyerler.org Oxşar xəbərlər
|