Alimlər bu vaxta qədər məlum olmayan maddə aşkarladılar
Mьəllif: admin1
Tarix: 14-01-2019, 10:56
Alimlər bu vaxta qədər məlum olmayan maddə aşkarladılar
Bir neçə il bundan əvvəl aparılan araşdırmalar cəfərinin bu vaxta qədər məlum olmayan faydalarını aşkar edib. Məlum olub ki, cəfəri apigenin adlı flavonoidlə zəngindir.

Harvard Universiteti (Böyük Britaniya) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, bu maddə xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, onların məhv olmasını sürətləndirir.

Bundan əlavə, apigenin güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir, sinir sisteminə müsbət təsir edir, arıqlamağa kömək edir.

Apigenin kişi sağlamlığına da müsbət təsir edir - testosteronun ifrazını artırır, bir çox kişi xəstəliklərinin, o cümlədən prostat vəzi xərçənginin qarşısını alır.

Siçanlar üzərində aparılan eksperimentlər göstərib ki, apiginin qadınlarda süd vəzi xərçənginin inkişafı riskini azaldır. Bundan başqa, bu maddə menstruasiya ağrılarını azaldır və klimaksla bağlı pozulmaların qarşısını alır.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031