Acı bibər yeyənlər daha sağlamdır
Vermont Universitetinin Larner Tibb Kollecinin alimlərinin apardığı araşdırmaya görə, acı qırmızı bibərin yeyilməsi hər şeydən əvvəl infarkta bağlı ölüm nisbətini 13% aşağı salır. Araşdırma PLoS ONA jurnalında nəşr olunub.
Əsrlərdir acı bibər və ədviyyatların, xəstəliklərin müalicəsində faydalarının olduğu hesab edilir. Ən son 2015-ci ildə Çində aparılan araşdırmada acı bibər istehlakı və ölüm nisbətlərilə əlaqəsi araşdırılmışdı. Yeni araşdırma bunu isbat edən nəticələr ehtiva edir. Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusu (National Health and Nutritional Examination Survey - NHANES) III araşdırması istifadə edilərək 16,000 amerikalı üzərində 23 il boyunca məlumatlar toplandı. Araşdırmada 2017-ci ildə tibb tələbəsi Mustafa Çopan və Dr.Benjamin Littenberg insanların acı qırmızı bibər istehlakını araşdırdı. Araşdırmaçılar ən çox acı qırmızı bibər istehlak edənlərin meksikalı-amerikalı gənc kişilər olduğunu göstərdi. Bibərin tərkibində olan kapsaisin, hüceyrəvi və molekulyar mexanizmlərdə rol oynayaraq, piylənməni əngəlləyir, qan dövranını təşkil edir və hətta antimikrobiotik xüsusiyyətlər göstərməsi üçün əhəmiyyət daşıyır. /Deyerler.org/ Oxşar xəbərlər
|