Kasıb və varlıların beyinləri fərqlidir - ALİMLƏR
Kasıb və varlı insanlar təkcə yaşayış tərzləri və iqdisadi durumlarıyla fərqlənmir. Onların beyin quruluşu da fərqlidir.
İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu qənaətə Harvard Universitetinin və Massaçusets Texnologiya İnstitutunun neyrobioloqları gəlib. Onların araşdırmaları nəticəsində məlum olub ki, varlı uşaqlarda beyin qabığı görmə qavrayışına cavabdeh olan və düşünmədə iştirak edən yuxarı və yan hissələrdə daha qalındır. Bu zonalar uzunmüddətli yaddaşa da cavabdehdir. Tədqiqatçılar qeyd edir ki, bu, məktəb və universitetlərdə imkanlı uşaqların digərlərindən daha yaxşı dərs oxumasının səbəbi ola bilər. Oxşar xəbərlər
|