Yeni nəsil antibiotiklərin hazırlanmasında hilin rolu
Mikrobların antibiotiklərə davamlılığının əsas səbəblərindən birini asanlıqla aradan qaldıran təbii maddə Don Dövlət Texniki Universitetinin (DDTU) alimləri tərəfindən araşdırılıb.
Müəlliflərin fikrincə, yaşıl hilin bioaktiv birləşmələri, bioqatların meydana gəlməsinə maneə törədməklə, yeni antimikrob dərmanların yaradılmasında faydalı olacaq. "Deyerler.org"un ria.ru-ya istinadən verdiyi xəbərə görə, DDTU-nın mütəxəssisləri tərəfindən aparılan yeni araşdırma, yaşıl hilin efir yağlarının bioqatlara qarşı mükəmməl vasitə olduğunu göstərib. Alimlər bağırsaq çöpü, salmonella və başqaları da daxil olmaqla bir sıra bakteriya patogenlərinə qarşı mübarizədə bu bitkiyə əsaslanan bioaktiv birləşmələrin yüksək potensialını müəyyənləşdirib. Yaşıl hilin efir yağı, bir çox dərmana davamlı mikroorqanizmlərlə mübarizə aparmağa kömək edəcək. Oxşar xəbərlər
|