Gavalının qan təzyiqinə təsiri
Həkim-dietoloq gavalıların az bilinən faydalı keyfiyyətlərindən danışıb. Mixail Qinzburq meyvənin bağırsaqları bərpa etdiyini, hipertoniyaya səbəb olan prosesləri azaltmağa və qan təzyiqini aşağı salmağa qadir olduğunu söyləyib.
"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, həkim deyib: "Gavalıda iltihab əleyhinə təsir göstərən elementlər var. Gavalının istehlakı qan axınını yaxşılaşdırır. Meyvə, həmçinin bədəndəki artıq mayenin xaric olunmasına kömək edir və bu da təzyiqin azalmasına səbəb olur". Həkim-dietoloq eyni zamanda gavalının damar divarlarını gücləndirməyə qadir olduğunu əlavə edib. Bu meyvədə bədən üçün lazım olan C vitamini, kalium və mis var. Qeyd etmək lazımdır ki, gavalını gündə 150 qramdan çox yeməmək tövsiyə olunur. Oxşar xəbərlər
|