Hansı dərmanlar xərçəngə səbəb ola bilər
Mьəllif: Admin
Tarix: 12-10-2021, 22:10
Hansı dərmanlar xərçəngə səbəb ola bilər
Onkoloq, tibb elmləri namizədi, NAKFF klinikasının baş həkimi Anton İvanov bəzi dərmanların insanda xərçəngin inkişafına səbəb ola biləcəyini söyləyib.

Həkim estroqen ehtiva edən farmakoloji preparatlar insanlarda xərçəng xəstəliyinə tutulma ehtimalını artırdığını qeyd edir.

"Deyerler.org"un doctor.rambler.ru-ya istinadən verdiyi xəbərə görə, bundan əlavə alkoqol istehlakı şişlərin (xüsusən də sinədə, bağırsaqda, qida borusunda, başda, boyunda, sidik yollarında) yaranmasına səbəb ola bilər.

Eyni zamanda siqaretçəkmə və digər mənfi vərdişlər də xərçəngə səbəb ola bilər. Qeyd edək ki, ağciyər xərçəngi həmişə yalnız siqaret çəkənlərdə özün göstərmir. Şişlər 10-25 hallarda heç vaxt siqaret çəkməyən insanlarda da meydana gəlir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031