İnfarkta səbəb ola biləcək vərdişlər açıqlanıb
Bir sıra vərdişlər ürək əzələsi olan miokardın infarktına gətirib çıxara bilər.
İnterAz xəbər verir ki, bunu ABŞ-ın Mayo Clinic təşkilatının mütəxəssisləri bildirib. Onların sözlərinə görə, ürək problemlərinin yaranmasına təsir edən amillərdən biri gündəlik yeməkləri evdən kənarda yeməkdir. Restoran və ya kafedə insan daha çox qeyri-sağlam qidaları seçir. Ekspertlər çörək və kokteyllərdən imtina etməyi, daha sağlam içliklərə üstünlük verməyi, kiçik porsiyalar sifariş etməyi məsləhət görüblər. Mütəxəssislər ürəyin sağlamlığı üçün həftədə ən azı iki-üç saat idmanla məşqul olmağı məsləhət görür. Bu, o cümlədən qan təzyiqini normaya salır və qanda xolesterini azaldır. Həkimlər spirtli içki qəbulunu məhdudlaşdırmağa və stressdən qaçmağa çağırıblar. Oxşar xəbərlər
|