Dəri xərçənginin cib telefonu vasitəsilə qısa zamanda təyin edilməsi
Mьəllif: admin1
Tarix: 14-04-2014, 13:05
Dəri xərçənginin cib telefonu vasitəsilə qısa zamanda təyin edilməsi


Bir iranlı alim baş barmağı boyda olan kiçik bir mikroskop düzəltməyə nail olub ki, cib telefonu ilə birləşdirildikdə dəri xərçənginin müəyyən edilməsinə kömək edə bilər.

İSNA-nın məlumatına görə, Kanadanın Vankuver şəhərində bir kompüter şirkətinin təsisçisi olan Məryəm Sadeqinin ixtirası şəxsə şübhəli xallar barədə məlumat və təsvirlər toplamaq imkanı verir ki, lazım gəldiyi təqdirdə onları analiz etməsi üçün mütəxəssisə göndərə bilər.

Məryəm Sadeqi ixtirası haqda deyir: Biz klinikalara şəxsi müraciətlərin sayını azalda bilərik. Eyni zamanda ehtiyacı olan xəstələrə xidmətin göstərilməsində keyfiyyəti yüksəldə bilərik.

Sadeqi bir müddət öncə Saymon Freyzer Universiteti tərəfindən 2013-cü ilin işgüzar adamı seçmişdi.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930