Şah İsmayıl Xətai
Mьəllif: admin1
Tarix: 13-04-2014, 22:20
Şah İsmayıl Xətai


Şah İsmayıl Xətai (17.7.1487-23.5.1524,Ərdəbildə dəfn olunmuşdur) Səfəvilər dövlətinin banisidir. Dövlət xadimi və sərkərdə, şairdir. O, tarixin yaddaşında daha çox şiəliyin təbliğatçısı kimi qalmışdır. Şeyx Heydərin oğludur (anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyimdir).

Ağqoyunlu Sultan Yaqub (1478-90) Şeyx Heydərin ölumündən (1488) sonra kiçik yaşlı Ismayılı anası və qardaşları (Sultanəli və İbrahim) ilə birlikdə həbs etdirdi. Sultan Yaqubun ölümündən sonra Rüstəm Mirzənin əmri ilə Şeyx Heydərin oğlanları 1492-ci ildə həbsdən azad olundu. Böyük qardaşı Şeyx Sultanəli Ismayılı öz vərəsəsi təyin edərək Ərdəbilə göndərdi.Bir müddət Ərdəbildə və Rəştdə gizlədilən İsmayıl sonralar Lahicanda Gilan hakimi Mirzə Əlinil sarayına aparıldı.1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında şamlı və rumlu tayfalarından,habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi və Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu. I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514-cü ildə sultan I Səlimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar. Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi.Yerinə oğlu I Təhmasib keçdi. Türk, fars və ərəb dillərinidə gözəl şerlər yazan görkəmli şair Şah İsmayıl Xətayi əsərlərinin çox hissəsini ana dilində yazmışdır və onun yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələ təşkil edir. Onun yaradıcılığının təşəkkül və inkişafında Nəsimi şeri başlıca yer oynamışdır. Şah İsmayıl Xətayi əruz və heca vəznlərində həm klassik, həm də xalq şeri formalarında epik və lirik əsərlər yazmışdır. "Dəhnamə" ("On məktub",1506) poeması, əxlaqi-didaktik və fəlsəfi "Nəsihətnamə" məsnəvisi ana dilli şerimizin ilk nümunələrindəndir. O, poeziyanın inkişafına müstəsna əhəmiyyət vermiş, türk dilində yazan şairlərə hamilik etmiş, sarayında şairlər məclisi yaratmışdı. Şah İsmayıl Xətainin əsərləri Yaxın Şərqin bir sıra ölkələrində yayılmışdır. Əsərlərinini əlyazmaları dünyanın məşhur əlyazma fondlarında və müzeylərində saxlanılır.

Şah İsmayıl Xətai
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930