Bintül Hüdanın dedikləri 30 il sonra tam formada gerçəkləşdi
Mьəllif: admin1
Tarix: 13-04-2014, 22:41
Mən “Ölümsüz qəhrəmanlar” yazılarımın birində onunu həyatı haqqında məlumat vermişdim

Ayətullah Məhəmməd Baqir Sədrin bacısı, mübariz qadin olan Bintül-Hüda Sədr haqqında. O Səddam Hüseynə qarşı amansız mübarizə aparan çox dəyərli bir sima idi. İmam Xomeyni İraqa sürgün olunan zaman bu qadınla tanışlığı olur . Onun şücaətini seyr edərkən İmam Xomeyni Bintül Hüda haqqında tarixin ən dəyərli bir sətrini söyləyir: “O kişi olsaydı mən ona təqlid edərdim...”

Onun cəsarəti bütün İraq camaatına bəlli idi. O qardaşı Ayətullah Məhəmməd Baqirə deyirdi: “Nə qədər ki, mən sağam bu məlun Səddam Hüseyn səni qətlə yetirməyəcək. Mənim şəhadətimdən sayılı günlər ötməyəcək ki, o səni də şəhid edəcək”. BƏƏS təşkilatına, Səddam Hüseynin zülmlərinə qarşı mübarizə meydanında bir Zəhra (s.ə.) davamçısı olaraq böyük iradə nümayiş etdirən Bintül-Hüda Xanim Zəhranın (s.ə.) şəhadət məclislərini Səddamın bütün qadağalarına baxmayaraq təşkil etməsi tarixə qızıl hərflərlə yazılan bir hadisədir. O zaman Nəcəfin bir çox tanınmış simaları bu addımı atmaq istəsələr də Səddamın sərt təpkisi ilə üzləşdikləri bir halda bu qadın “Nənəm Zəhranın (s.ə.) əzasını təşkil etməyə heç kəs mənə mane ola bilməz” deyib meydanlara çıxır və çox keçmədən bu gün İraqda mənəvi yüksəlişə səbəb olan Xanım Zəhranın (s.ə.) əza məclisinin bərpasına nail olur.

Mənəviyyat dolu Sədrlər ailəsinini parlaq simaları öz mübarizə əzmi ilə XX əsrin bir çox dahilərini insanlığa ərməğan etmişdir. Böyük İslam mütəfəkkiri Ayətullah Məhəmməd Baqir Sədr (İraqın sabiq başçısı Səddam Hüseyn onun iti zəkasına, ağıl və düşüncəsinə heyran olduğunu ona bildirdikdən sonra onu elə bu ağıl və biliyinə görə də acılı ölümlə qətlə yetirəcəyini bildirir. Elektrik drelin vasitəsi ilə baş qapağının deşilməsini əmr verən Səddam Hüseyn onun beynini dağıdaraq böyük dühanı şəhadətə yetirir), İmam Musa Sədr (O Bintül-Hüdanini əmioğlusu idi) (Böyük islahatçı, ictimai xadim olan İmam Musa Sədr 25 Аvqust 1978-ci ildə Liviyа dövlətinin rəsmi dəvəti ilə həmin ölkəyə səfər edir. Bu onun son səfəri olur. O vаxtdаn bu günü qədər uzun illər keçir. Əldə ounаn bütün dəlil və sübutlаr onun Liviyа ərаzisində ölkə rəhbəri Muhəmmər Qəddаfinin göstərişi ilə qаçırıldığını təsdiqləyir. Həyat Qəddafini də Səddam Hüseyn kimi alçaldıcı ölümə düçar edir. Lakin hakimiyyətin dəyişilməsinə baxmayaraq İmam Musa Sədr haqqında hələdə bir məlumat yoxdur), Ayətullah Məhəmməd Sadiq Sədr (Onun şəhadəti də tarix yazan hadisələrdəndir. O dahi şəxs məğrur görkəmdə, çiyinlərində kəfən salmış halda Kufə məscidinə gəlir. Yеnə də sərt və kəskin formada xütbələrində mövcud rеjimi (Səddam Hüseyn rejmini), dünya zülmkarlarını pisləyir, digər xütbəsində isə insanları Allaha sığınmağa, ixlaslı olmağa çağırır. Söhbətinin sonunda sanki onlarla vidalaşırmış kimi dеdi: «Еy insanlar bilin ki, hər şəhid olan şəxsin şəhadət xəbəri sanki mənim öz ölümüm kimidir. Allah buyurub ki, möminlər bir bədənin üzvü kimidirlər. Birinin hiss еtdiyini bütün bədən üzvüləri hiss еdir. Bu baxımdan yaşanan hər bir şəhadət xəbəri bizim öz şəhadət hissimiz kimi bizə yaxındır…» Söhbətinin sonunu İmam Hüsеynin (ə) Kərbəla hadisəsi ilə əhatələndirən Ayətullah Sədr insanları həmişə bu əqidədə olmağa çağırır və bununla da Cümə namazı bitir. Bu Ayətullah Şəhid Muhəmməd Sadiq Sədrin son Cümə namazı olur. Bu hadisədən sonra bir neçə gün ömür sürən Ayətullah Sadiq Sədr silahdaşları ilə yaxın görüşlər kеçirir, onlara dəyərli məsləhtələr vеrir, sonrakı gеdişdə daha ayıq və cəsarətli, еyni halda İlahi razılığı əldə еtmə istiqamətində çalışmalarını bildirir. Nəcəf şəhərinin Əl-Bərani bölgəsinə matəm məclisinə dəvət alan Sədr gеri dönərkən yolda iki oğlu Mustafa və Muəmmilin də yеr aldığı avtomobilləri Səddam Hüseynini silahlıları tərəfindən atəşə tutularaq hər üçünü şəhid еdirlər) bu ailənini dəyərli simalarındandır. Bintül-Hüda isə ailənini Xanım Zeynəb (s.ə.) yolununu davamçısı olan qadın qəhrəmanıdır. 1978-ci ildə Ayətullah Muhəmməd Baqir Sədrin həbsi Xanım Bintülhudanı mübarizə meydanında bir az da mətinləşdirir. İctimai çıxışlarında insanları haqqlarını müdafiəyə səsləyən xanım dini vəzifələrdən irəli gələn addımların İlahi dəyərlərə əsaslanığı halda Allahın razılığından başqa bir şey olmadığını diqqətə çəkərək Səddam Hüseyn və onun idarə etdiyi rejmin süquta uğrayacağı günü İraq xalqının görəcəyi vədəsi ilə çıxışlar edir. Və bu çıxışların nəticəsi olaraq O, Muhəmməd Baqir Sədrin dəfələrlə azadlığa buraxılmasına nail olur. Əlbəttə ki, bu azadlıq müvəqqəti xarakter daşıyırdı. Çünkü diktator Səddam Hüseyn artıq tanış olduğu bu ailənin üzvüləri ilə necə davranacağını çox yaxşı bilirdi.

1979-cu ildə BƏƏS təşkilatının xüsisi xidmət orqanları Muhəmməd Baqir Sədrlə yanaşı bacısı Bintül Huda Sədri ölkədə dövlət əleyhinə apardıqları təbliğat səbəbi ilə həbs edirlər. Ciddi işgəncələrə məruz qalan bacı qardaşı hər vəclə susdurmağa çalışan rejim sonunda həbsdən iki gün sonra Bintül Hudanı şəhid edir. Şəhadətindən öncə Bintül Hüdanın Səddam Hüseynə dediyi və zaman keçdikdən sonra onun səsləndirdiyi fikirlərin hər biri eyni dəqiqiliklə gerçəlkəşən bu imanlı xanımın qeybi bilgisi elə bu sətirlərin varlığında gizlənmişdir. O şəhadətindən sayılı dəqiqələr qabaq Səddam Hüseynini üzünə baxıb belə söyləyir: “Sən çox bədbəxt adamsan. And olsun Allaha ki, sənini o halını görürəm ki, qorxundan it damında gizlənmisən və yalvarırsan ki, səni burada kimsə görmədən burada yaşayasan. Səni çox biyabırçı halda o damdan çıxarırlar, elə biyabırçı halda ki, baxanlar səni tanımırlar. Yalnız heyvanlar kimi səni dişindən taniyirlar ki, sən həmən qorxaq şəxssən. Səni dar ağacında boyunu kəndirli halda çəkirlər. O halda heç bir köməyin olmadan tənha qaldığını səni indi gördüyüm kimi görürəm Vallah...” O zamanlar Səddam Hüseyn kimi diktatorun belə acınacaqlı formada edam olunacağı kimsənini beyninin kənarından belə keçməyəcəyi bir halda iman mücəssəməsi olan bu xanımın söylədiyi sətirlər tam dəqiqiliyi ilə 30 il sonra gerçəkləşdi.

Hazırladı Əbülfəz Bunyadov.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031