İMAM BAQİRİN (Ə) MÜNAZİRƏLƏRİNDƏN
Hişamın sarayının İmam Baqir əleyhissəlamın elmi əzəmətini nümayiş etdirmək üçün münasib yer olmadığına baxmayaraq, xoşbəxtlikdən o Həzrət üçün Şam şəhərini tərk etməzdən qabaq camaatın fikrini oyadıb öz elmi məqamını onlara göstərmək üçün çox yaxşı bir fürsət düşdü. İmam Baqir (əleyhissəlam) bu fürsətdən istifadə edib Şam əhalisinin fikrini tamamilə dəyişdi. Hadisə belə baş vermişdi: Hişamın İmam Baqir əleyhissəlama qarşı hörmətsizlik etməyə əlində bir bəhanəsi yox idi. Çarəsiz qalıb o Həzrətin Mədinəyə qayıtmasına razılıq verdi. Elə ki İmam Baqir (əleyhissəlam) öz əziz oğlu ilə saraydan çıxdı, sarayla üzbəüz olan meydanın axırında yerə oturmuş böyük bir insan dəstəsi gördü. İmam onların nə üçün yığıldığını soruşduqda, ona dedilər ki, bunlar xristian keşiş və rahibləridir. Өz adət-ən’ənələrinə uyğun olaraq ildə bir dəfə keçirilən böyük elmi məclislərinin başlanmasını, elmi çətinliklərini həll etmək məqsədilə böyük yepiskopun gəlməsini gözləyirlər. İmam Baqir (ə) namə’lum şəxs şəklində camaatın arasına girib orada iştirak etdi. Bu xəbər dərhal Hişama çatdırıldı. Hişam bir neçə nəfər tə’yin edib onlara tapşırdı ki, gedib yaxından o məclisdə iştirak etsinlər. Çox çəkmədi ki, həddən artıq qocalıb əldən düşmüş yepiskop (мясищи дин хадими) gəlib çox hörmət və ədəblə məclisin yuxarı başında oturdu. Sonra camaatı nəzərdən keçirdi. İmam Baqir əleyhissəlamın siması onu özünə cəlb etdiyi üçün üzünü İmam əleyhissəlama tutub soruşdu: “Biz xristianlardansan, yoxsa müsəlmanlardansan?”
İmam Baqir (ə): “Müsəlmanlardanam.” — Onların alimlərindənsən, yoxsa nadan-larından? — Nadanlardan deyiləm. — Əvvəl mən sual edim, yoxsa sən soruşursan? — İstəyirsinizsə, siz soruşun. — Hansı əsasa görə siz müsəlmanlar iddia edirsiniz ki, Cənnət əhli yeyib-içəcək, ancaq onlardan ifrazat xaric olmayacaq? Bu məsələyə dair bu dünyada aşkar bir nümunə varmı? — Bəli, bu məsələnin aşkar nümunəsi ana bətnində olan uşaqdır. O,anasının qarnında qidalanır, ancaq ondan ifrazat xaric olmur. — Təəccüblüdür! Bəs siz dediniz ki, alimlərdən deyilsiniz? — Mən belə demədim, mən dedim ki, nadanlardan deyiləm. — Başqa bir sualım var. — Buyurun! — Hansı əsasa görə deyirsiniz ki, Cənnət meyvələri azalmır və nə qədər istifadə etsən, yenə də olduğu kimi qalıb əskilmir? Dünyada olan şeylərdən buna dair bir nümunə qeyd edə bilərsinizmi? — Bəli, onun bu dünyada aşkar nümunəsi alovdur. Siz bir məşəlin alovundan bir neçə məşəl yandırsanız da, birinci məşəlin alovu yenə də olduğu kimi qalacaq və ondan əsla əskilməyəcək. Yepiskopun fikrinə gələn hər nə çətin sual var idisə, hamısını soruşdu və hamısı haqqında qaneedici cavab eşitdi. Өzünü aciz görüb bərk hirsləndi və dedi: “Camaat, dini mə’lumatı məndən çox olan bir adamı bura gətirmisiniz ki, məni rüsvay edəsiniz? Müsəlmanlar bilsinlər ki, onların rəhbərləri bizdən üstün və biliklidirlər. And olsun Allaha, daha sizinlə söhbət etməyəcəyəm. Əgər gələn ilədək sağ qalsam, məni daha öz aranızda görməyəcəksiniz.” Bunu deyib yerindən qalxaraq kənara çıxdı. Nalayiq bir töhmət Bu hadisə qısa bir zamanda bütün Dəməşqə yayıldı, Şam ərazisində şadlıq, sevinc dalğası yarandı. Hişam İmam Baqir əleyhissəlamın xristianlarla elmi mübarizədə qalib gəlməsindən sevinmək əvəzinə o Həzrətin mə’nəvi nüfuzundan daha çox qorxuya düşdü. O Həzrətlə zahirdə dostluq edib ona hədiyyə çatdıraraq xəbər göndərdi ki, elə həmin gün Dəməşqdən çıxsın. Eyni zamanda o Həzrətin ona elmi mübarizədə qalib gəlməsindən hirslənib çalışırdı ki,ona xristian olmaq töhmətini atmaqla onun elmi və ictimai nüfuzunu aşağı salsın. Buna görə də, son dərəcə hörmətsizliklə özünün bəzi valilərinə (o cümlədən Mədinə şəhərinin valisinə) yazdı: “Əbu Turabın oğlu Məhəmməd ibn Əli (əleyhissəlam) (İmam Baqir) öz oğlu ilə birlikdə mənim yanıma gəlmişdi. Onları Mədinəyə qaytararkən keşişlərin yanına gedib xristianlığı qəbul edərək məsihilərə qoşuldular. Onların mənə olan qohumluqlarına görə bu günahlarından keçdim. Elə ki onlar sizin şəhərə çatdılar, camaata bildir ki, mən onlara nifrət edirəm.” Ancaq Hişamın puça çevrilmiş sə’yləri həqiqəti örtmək üçün bir nəticə vermədi. Əvvəllər Hişamın təbliğatına uymuş yuxarıda adını qeyd etdiyimiz şəhərin (Mədinənin) əhalisi İmam Baqir əleyhissəlamdan İmamət sahəsində gördüyü nişanələr nəticəsində o Həzrətin həqiqi və əsl məqamından xəbərdar oldu. Beləliklə, məcburiyyət və hədə-qorxu nəticəsində başlanmış səfər axırda səmərəli və parlaq səfərlərdən birinə çevrildi. Daxili dini cəryanlarla münazirə İmam Baqir əleyhissəlamın İmaməti dövründə Mö’təzilə, Xəvaric və Mürciə kimi siyasi və məzhəbi qurumlar, fəaliyyət göstərirdilər. İmam Baqir (əleyhissəlam) bu firqə və qurumların batil əqidələri qarşısında yenilməz bir sədd olaraq onların başçıları ilə apardığı münazirələrdə onların əqidə və ideologiyasını “söküb-dağıdır”, əqidələrinin batil olduğunu aşkar dəlillərlə sübut edirdi. İndi, nümunə üçün o Həzrətin Xəvaric firqəsinin başçılarından olan Nafis ibn Əzrəqlə söhbətini oxucuların nəzərinə çatdırırıq. Bir gün Nafis İmam Baqir əleyhissəlamın hüzuruna gəlib halal-haram barədə bir neçə məsələ soruşdu. İmam (əleyhissəlam) onun suallarına cavab verib söhbəti əsnasında buyurdu: “Bu xaricilərə (dindən çıxmışlara) de ki, nə üçün Əmirəl-mö’minindən ayrılmağı halal bildiniz? Halbuki, o vaxtadək onunla birlikdə vuruşur, ona itaət etmək yolunda canınızı qurban verirdiniz və ona kömək etməyi Allaha yaxınlaşmaq üçün bir vasitə bilirdiniz.” İmam (əleyhissəlam) əlavə edib buyurdu: “Onlar deyəcəklər ki, o, Allahın dinində münsif tə’yin etdi. Onlara de ki, Allah Öz Peyğəmbərinin şəriətində iki yerdə iki nəfəri mühakiməçi tə’yin etmişdir. Biri ərlə-arvad arasında olan ixtilaf zamanıdır ki, buyurur: “[Ey mö’minlər!] Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif [vasitəçi] təyin edib [onların yanına] göndərin. Əgər onlar [bu iki vasitəçi ər-arvadı] barışdırmaq istəsə, Allah da onların köməyi olar. Həqiqətən, Allah [hər şeyi] biləndir, [hər şeydən]xəbərdardır.” İkincisi isə Səd ibn Məazın münsif (vasitəçi) olmasıdır. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onu özü ilə (müsəlmanlarla) Bəni-Qüreyzə tayfası arasında münsif təyin etdi, o da Allahın hökmü əsasında hökm verdi.” İmam Ba-qir (əleyhissəlam) daha sonra əlavə edib buyurdu: “Bilmirsiniz ki, Həzrət Əli (əleyhissəlam) münsiflər seçilməsini bu şərtlə qəbul etdi ki, onlar Quran hökmünə əsasən hökm verib Qur’an hökmlərindən kənara çıxmasınlar? Üstəlik Əli (əleyhissəlam) şərt kəsdi ki, əgər münsiflər Quran hökmünün əksinə hökm versələr, bu hökm qəbul olunmayacaq. Camaat Əli əleyhissəlama deyəndə ki, seçdiyin münsif sənin əleyhinə hökm verib, buyurur: “Mən onu yox, Allahın kitabını (Quranı) münsif seçmişdim. Necə olur ki, xaricilər (dindən çıxmışlar) Qur’anın münsifliyini və Qur’anın əksinə verilən hökmün qəbul olunmadığını azğınlıq sayırlar, ancaq öz bidət və böhtanlarını azğınlıq hesab etmirlər?” Nafis ibn Əzrəq bu sözləri eşitcək dedi: “And olsun Allaha ki,bu sözləri nə eşitmişdim, nə də fikrimə gəlmişdi, haqq elə budur. İnşaallah.” Oxşar xəbərlər
|