"Əl Əzhər"in şeyxi: İslamın iki böyük qanadı var; Şiəlik və sünnilik...
İslamazeri.az-ın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Malayziyanın paytaxtı Cakartada çıxış edən “Əl Əzhər” şeyxi Əhməd Təyyib deyib: “Şiəlik və sünnilik İslamın iki qanadıdırlar, yaxınlaşmaları zəruridir. Mən hamımızı islamın bizə irs qoyduğu rəhmətə tərəf dəvət edir və hər növ zorakılığı kənara qoymağımızı istəyirəm."
"Şiələr sünnülərin qardaşlarıdır. Onları təkfir edib islamdan xaric etmək olmaz. Çünki bizim ixtilaflarımız kök məsələlərində deyil və şiələrin əksəriyyəti də lənət və təhqirə qarşıdırlar. Bizim ortaq görüşlərimiz daha çoxdur. Düşmənin bizim aramızda olan kiçiik ixtilaflardan istifadə etməsinə icazə verməməliyik. İraq, Yəmən və Suriya savaşları elə bu ixtilafların nəticəsində baş verib. Bu savaşları düşmən, xüsusən İsrail başlatmışdır.”, - deyə şeyx Təyyib qeyd edib. Oxşar xəbərlər
|