Ayətullah Nuri Həmədani: ABŞ-a inanmaq olmaz
İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə əsasən, görüş zamanı böyük İslam alimi Ayətullah Nuri Həmədani düşmənin hər il inkişaf etdiyini bildirərək müsəlmanların inkişaf etməsinin zəruriliyini vurğulayıb.
O Suriyadakı məsələlərdə diqqətli olunmalı məsələlərdən danışaraq deyib: “Suriya və bölgə məsələləri ilə bağlı amerikalıların sözlərinə inanmaq olmaz. Çünki onlar daima ikibaşlı danışırlar. Onların məqsədi müsəlmanlar arasında ixtilaf yaratmaqdır. Biz bu barədə ayıq olmalıyıq.” Laricani də öz növbəsində bölgədəki vəziyyətin müsbətə doğru getdiyini, Suriyada isə terrorçuların xeyli gerilədiyini bildirib. Oxşar xəbərlər
|