Tehranın İmam cüməsi: "Bu ölkəyə etibar etmək olmaz"
İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə əsasən, mübarək Rəcəb ayının gəlişi münasibəti ilə möminləri təbrik edən imam cümə ölkə daxili məsələlərə toxunub.
Ayətullah Xameneinin iqtisadiyyata verdiyi önəmə toxunan imam cümə bildirib: “Rəhbərimiz bu problemin həlli ilə mədəni, siyasi və ictimai problemlərin də həll olacağına inanır. O bu ilin sonuna qədər gözə çarpacaq şəkildə irəliləyişi tələb edir. Biz ölkədə iş yerləri açmalıyıq. Təcrübə bunu göstərir ki, xalqımız meydanda olduğu zaman bütün problemlər həll olur. İş yerləri açmaq üçün də xalqdan dəstək almalıyıq. Biz hamımız bu gün milli mənafemizi nəzərə alaraq addım atmalıyıq. Bu bizim vəzifəmizdir.” ABŞ-la münasibətlərə də toxunan Ayətullah bildirib: “Amerikanın dalıyca olanlar bilsinlər ki, düşmən İranın zəif nöqtəsini taparaq həmin nöqtədən hücum etmək niyyətindədir. Bu diqqətə layiq bir məsələdir. ABŞ İrana qarşı sanksiyalarını davam etdirməklə nüvə anlaşması qarşısında üzərinə düşən öhdəlikləri pozmuş olub. Amerika İrana qarşı çirkin davranışlarını davam etdirməklə bir daha sübut etdi ki, bu ölkəyə etibar etmək olmaz." Oxşar xəbərlər
|