Seyid Əli Əkbər Ocaqnejad: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və azad edilməlidir"
Mьəllif: admin1
Tarix: 8-04-2016, 22:14
Bцlmə: Xəbərlər
Seyid Əli Əkbər Ocaqnejad: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və azad edilməlidir"
İslamazeri.az "SəhərTV"yə istinadən xəbər verirki, Höccətülislam Seyid Əli Əkbər Ocaqnejad Bakıda cümə namazı iştirakçıları qarşısında çıxışı zamanı dünya ictimaiyyətinin Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğal edilməsi qarşısında sükut etməsini və Minsk Qrupunun ermənilərin tərəfini saxlamasını tənqid edərək deyib: "Azərbaycan öz torpaqlarını işğaldan azad etmək haqqına malikdir."
\
Vəliyyi Fəqihin Azərbaycandakı nümayəndəsi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında çıxan son toqquşmalara işarə edərək "Azərbaycan başqa bir ölkənin ərazisinə daxil olmayıb, işğal altında olan öz ərazilərini işğaldan azad etməyə çalışır. Ölkələr bir-birilərinin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar", - deyə bildirib..

Vəliyyi Fəqhin Azərbaycandakı nümayəndəsi İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin sözlərinə işarə edərək deyib: "Qarabağ İslam torpağıdır və onun azadlığı uğrunda gedən savaşlarda ölənlər şəhid sayılırlar."

Höccətülislam Seyid Əli Əkbər Ocaqnejad sonda Allah Təladan son toqquşmalarda şəhid olanlara rəhmət, yaralılara isə can sağlığı diləyib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031