Çobanyastığı çayının 1001 faydası
![]() Tərlədici, ağrıkəsici və mikrobəleyhinə vasitə kimi çobanyastığı çayı soyuqdəymələrdə faydalıdır. Ağzın və boğazın selikli qişasının iltihabında onu qarqara üçün istifadə edirlər. Göz infeksiyalarında çobanyastığı çayının paketindən istifadə edilir. Paketi qaynar suya saldıqdan sonra gözün üzərinə qoyulur. Bu konyuktivitin müalicəsində effektivdir. O həmçinin üz dərisinə də xeyirlidir. Gündəlik səhər yeməyindən əvvəl 1 qaşıq balla çobanyastığı çayı içmək üz dərinizə sağlam və tərəvətli görünüş verəcək. Əks təsirlərə gəldikdə isə çobanyastığı ən zərərsiz bitkilərdən biridir. Lakin burda da ehtiyyatlı olmaq lazımdır. Hamilə qadınlara çox miqdarda çobanyastığı çayı içmək məsləhət deyil. Onu sedativ vasitələrlə eyni vaxtda istifadə etmək də olmaz. Çobanyastığını aspirin və digər qan durulaşdırıci vasitələrlə içməyin. Əgər göstəriş varsa, 2 həftə çobanyastığı çayı içə bilərsiniz. Sonra 2 həftə fasilə verin. Daha sonra yenidən içə bilərsiniz. Unutmayın ki, istənilən halda bu dərman bitkisidir.saqlamheyat\ Oxşar xəbərlər
|