Nanəli çayın faydaları
![]() Bu ətirli içkinin bir çox faydalı xüsusiyyətləri var: - sakitləşdirir, yorğunluğu aradan qaldırır, sinir gərginliyi azaldır, streslə mübarizə etməyə kömək edir. - baş ağrılarını götürür. - miqren tutması zamanı xəstənin vəziyyətini yaxşılaşdırır. - yuxusuzluq zamanı kömək edir. - həzmi yaxşılaşdırır, qarında spazmların, köpün, ağrıların qarşısını alır. - ürəkbulanması zamanı yaxşı kömək edir. - soyuqdəymə və zökəm zamanı faydalıdır. - ürək-damar sistemi xəstəlikləri zamanı müalicəvi təsir edir. - damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini yaxşılaşdırır. - nanəli çay qadın sağlamlığına çox müsbət təsir edir. - menstruasiya ağrılarını azaldır, klimaks zamanı qadının vəziyyətini yüngülləşdirir. Nanəli çay dəmləmək üçün 1 çay qaşığı quru nanənin üzərinə 1 stəkan qaynar su tökün, 15 dəqiqə dəmləyin və süzün. Gün ərzində 1 stəkan nanəli çay içmək kifayətdir. Çaya bal, limon əlavə etmək olar. Həmçinin adi qara çay və ya yaşıl çay dəmlədikdə çaydana nanə əlavə edə bilərsiniz. Saglamolun.Az Oxşar xəbərlər
|