Məbəs günü insanlığı səadət və xoşbəxtliyə aparan yolun başlanğıcıdır
Mьəllif: admin1
Tarix: 3-05-2016, 22:23
Bцlmə: Xəbərlər
Məbəs günü insanlığı səadət və xoşbəxtliyə aparan yolun başlanğıcıdır
Besət son dərəcə önəmli bir mərhələdir. Bu gün insanlığı səadət və xoşbəxtliyə aparan yolun başlanğıcı, bəşəriyyətin fitri və tarixi ehtiyaclarına cavab verildiyi gündir. Peyğəmbərin besəti və İslam dininin Yer üzünə gəlişi bəşəriyyətə verilmiş ədalət, sülh, asayiş və təhlükəsizlik müjdəsidir. Tanrının sadiq vədlərinə görə, vahid Allaha itaət və pərəstiş yolu olan bu yolun sonunda onun davamçılarına rahatlıq, nicat və qələbə nəsib olacaq.
Hər bir insanın qəlbindən başlanğıc alan bu sülh və asayiş yolları cəmiyyət içərisindəki və xalqlar arasındakı münasibətlərə qədər uzanır. İslam dini həmin nicat və rahatlıq yollarının əleyhinə çıxanları bizə bəşəriyyətin həqiqi səadətinə düşmən olan şəxslər və cərəyanlar kimi tanıdır.

İslam dini açıq-aşkar dəlillərlə bütün insanları sülh, ədalət və asayiş kölgəsi altında xoşbəxt yaşamağa dəvət edir, bu yolun əleyhinə çıxanlara qarşı qəti və barışmaz mübarizə aparmağın vacib olduğu barədə göstəriş verir.

Tarix boyu bəşəriyyəti xoşbəxtliyə aparan nurlu yolun əleyhinə çıxanlar ədalət və sülhün bərqərar olması naminə deyil, öz hakimiyyət dairələrini genişləndirmək, ədalətsizliyi yaymaq, insanların asayiş və təhlükəsizliyini pozmaq naminə müharibələr etmişlər. Bu gün də dünyanın işğalçı və imperialist dövlətləri ən son silah və texnologiyalardan, o cümlədən nüvə silahından istifadə edərək cahiliyyət dövrünə xas həmin yolu modern təzahürlərlə davam etdirməkdədirlər
Nə qədər ki super-dövlətlər beynəlxalq məsələlərin təşəbbüskarı rolunda çıxış edirlər, dünyada müharibələr, ədalətsizlik və asayiş pozuntusu davam edəcək.

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031