Ayətullah Məkarim Şirazi: Hövzə, mədrəsə dövlətə bağlı olmamalıdır
İslamazeri.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Qum elmi hövzəsinin nüfuzlu üləması, İslam aləminin böyük təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi bu barədə deyib: “Pərdə arxası olan əllər elmi hövzələrə nüfuz edərək əxlaqi və ideoloji problemlər yaratmaq niyyətindədirlər. Qərb siyasətçiləri cəmiyyətimizə iki yolla; Məddahlar və hövzədə təhsil alanların vastisə ilə nüfuz edə biləcəklərini etiraf etmişdilər. Bu səbəbdən çox diqqətli olmalıyıq.”
Ayətullah Məkarim Şirazi Dini Elmi Hövzə və mədrəsələrin dövlətə bağlı olmaması ilə fəxr etdiyini qeyd edərək: “Hövzələr dövlətə bağlı olmamalıdır. Çünki belə olan halda, hövzədə olanlar dövlətdə gördükləri problemləri rahatlıqla bildirməyəcəklər. Bu məsələnin aradan getməsindən nigaranam.”, - deyə bildirib. Oxşar xəbərlər
|