Günəş işığının sağlam həyat üçün yeni faydaları kəşf edildi
Mьəllif: admin1
Tarix: 7-05-2016, 22:44
Bцlmə: Xəbərlər
Günəş işığının sağlam həyat üçün yeni faydaları kəşf edildi
Alimlər Günəşin D vitaminindən başqa yeni bir faydasını da kəşf ediblər.
Deyerler.org-un verdiyi xəbərə görə, Günəş şüalarının ürək-damar sistemini qorumaqda və özümüzü yaxşı hiss etməyimizi təmin edən beyin kerotinin istehsalında mühüm rolu olduğu aşkarlanıb.

Mütəxəssislər günəş işığına həddindən artıq qalmanın ölümcül dəri xərçənginə səbəb ola biləcəyini bildirsələr də, digər tərəfdən də müsbət tərəflərini kəşf etməyə davam edirlər.

Aparılan son araşdırma nəticəsində, bu dəfə D vitaminlərinin deyil, günəş şüalarının digər təsirləri müşahidə olunub. Araşdırma zamanı, xüsusilə azot oksidinin həyati əhəmiyyətә malik olduğu nümayiş olunub.

Alimlər günəş şüalarının ürək-damar sistemimizin müdafiəsində və özümüzü yaxşı hiss etməyimizi təmin edən beyində kerotinin istehsalında mühüm bir rolu olduğunu ortaya çıxarıb.

Araşdırmalar 20 ildir günəş vannası qəbul edən, təxminən 30 min isveçli qadının məlumat sənədlərindəki göstəricilərin fonunda müəyyən olunub.

İsveçin paytaxtı Stokholmdakı Karolinska İnstitutu günəşdən qaçmağın siqaret çəkmək qədər zərərli olduğu qənaətinə gəlib.

Günəş şüalarına həddindən artıq məruz qalan 100 qadından 1.5-nin 20 il ərzində dünyasını dəyişdiyi, bunun müqabilində həmin dövr ərzində günəşdən qorunan 100 qadından 3-nün öldüyü vurğulanıb.

Bu göstəricilər, günəş şüalarına daha çox məruz qalan insanların ürək xəstəliklərinə qarşı daha müqavimətli olduğunu və xərçənglə əlaqəli olmayan xəstəliklərə daha az yoluxduğunu ortaya çıxarıb.

Bunun səbəbi təzyiqi salan və qan hüceyrələrinin genişlənməsini təmin edən azot oksidinin günəş şüalarıyla sərbəst qalmasına bağlanır.

Azot oksidinin faydası bununla da məhdudlaşmır. Kifayət səviyyədə nitrat oksidinin qan dövranında olmadığı müddətdə insulinin funksiyasının reallaşmamasına, bunun da diabetə səbəb olduğu qeyd edilir.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930