Böyrəklərin sağlamlığı üçün sadə məsləhətlər
Böyrəklər çox vacib orqanlardır. Kiçik ölçüdə olan bu orqanlar (böyüklərdə böyrəyin çəkisi orta hesabla təxminən 180 qr təşkil edir) orqanizmdə çox mühüm funksiya yerinə yetirir - qanı xaricdən daxil olan və həmçinin müxtəlif proseslər nəticəsində orqanizmin özündə əmələ gələn ziyanlı maddələrdən təmizləyir.
Böyrəklər çox etibarlı bioloji filtrdir. Böyrəklər işləməsə, insan bir neçə gün ərzində həlak olacaq. Böyrəklərin sağlamlığından insanın ümumi sağlamlığı birbaşa asılıdır. Bu səbəbdən böyrəklərin sağlamlığını daim qorumaq lazımdır. Bəzi sadə məsləhətlər sizə bu işdə kömək edəcək. 1. Bol-bol meyvə-tərəvəz yeyin! Amerika Nefroloqlar Cəmiyyəti araşdırmalar nəticəsində belə qərar gəldi ki, bol-bol meyvə və tərəvəzlərin qəbulu böyrək xəstəliklərinin riskini azaldır. Böykərlər üçün ən faydalı meyvə-tərəvəz bunlardır: xiyar, balqabaq, alma, kələm, qarpız, yemiş. Təzə göyərtilər də (xüsusilə cəfəri, kahı, şüyüd) böyrəklər üçün çox faydalıdır. 2. Hərəkətli olun! Hərəkətsizlik orqanizmdə durğunluq proseslərə səbəb olur. Bu durğunluq isə iltihabların riskini artırır. Bu səbəbdən daha çox hərəkət etməyə çalışın. Böyrəklər xüsusilə rəqs sevir. 3. Kifayət qədər maye qəbul edin! Mayenin kifayət qədər qəbulu böyrəklərin işini asanlaşdırır və sağlamlığını qoruyur. Böyrək üçün ən faydalı içkilər: yaşıl çay, təbii kompotlar, ot çayları, süd, adi təmiz su. Mineral sulardan süi-istifadə etməyin. Bu suların həddən artıq qəbulu böyrəklərdə və sidik yollarında daşların əmələ gəlməsinə səbəb ola bilər. Spirtli içkilərin qəbulu böyrəklərin sağlamlığına ciddi ziyan vurur və hətta böyrək çatışmazlığına səbəb ola bilər. 4. Diz-dirsək duruşu Nefroloqlar böyrəklərin sağlamlığını qorumaq üçün gündə 1-2 dəfə 5 dəqiqə ərzində diz-dirsək pozada olmaq tövsiyə edirlər. Bu duruş böyrəklərdə qan dövranını yaxşılaşdırır, böyrəklərə düşən gərginliyi azaldır. 5. Bel nahiyəsini soyuqdan qoruyun, havaya uyğun geyinin! 6. Kəskin arıqlama ziyanlıdır! Kəskin arıqlama, balanslaşdırılmamış pəhrizlər böyrəklərin sağlamlığına ziyan vurur. Xarici tərəfdən hər böyrək xüsusi piyli kapsula ilə əhatə olunmuşdur ki, bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. İnsan kəskin və həddən artıq arıqladıqda bu piy də əriyin, nəticədə böyrək sallanır və müdafiəsiz qalır. Saglamolun.Az Oxşar xəbərlər
|