İran İslam Respublikası Qurandan ilham alır
İranın Vəqflər və Xeyriyyəçilik Məsələləri Təşkilatının sədri Quran-Kərimi cəmiyyətin səadəti üçün İran İslam Respublikası quruluşunun örnəyi adlandırıb.
İranın Vəqflər və Xeyriyyəçilik Məsələləri Təşkilatının sədri Höccətülislam vəlmüslimin Əli Məhəmmədi Tehranda 33-cü Beynəlxalq Quran-Kərim müsabiqəsinin açılış mərasimində deyib: İslam Respublikası quruluşu fəxr edir ki, Qurandan ilham almaqla ABŞ və İsrailin başçılıq etdiyi tağutla mübarizə aparır. Məhəmmədi imperializmlə mübarizə, Allaha ibadət və bəndəliyi bütün islam cəmiyyətlərinin örnəyi olmalı olan Quran-Kərimin önəmli təlimlərindən adlandırıb və deyib: İranda İslam İnqilabının Böyük Rəhbərinin hikmətli bələdçilikləri ilə bu təlimə yaxşı formada əməl olunur. İranın Vəqflər və Xeyriyyəçilik Məsələləri Təşkilatının sədri Quranın təlimlərindən biri olaraq müsəlmanların vəhdətinin qorunmasının vacibliyini vurğulayıb: Düşmənin müsəlmanlar arasında təfriqə yaratmaq ardınca olduğu zamanda Qurandan ilham almaq və məlumatı artırmaqla adladıcı hərəkətlər və məkrli planlardan ehtiyatlı olmaq lazımdır. İran İslam Şurası Məclisinin sədri Əli Laricani də bu açılış tədbirində Quranı insanların səadət amili adlandırıb və əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin rəftarı və xüsusiyyəti Quran meyarları ilə ahəngdardır və alim və elmsevər cəmiyyət olaraq Quran ictimaiyyəti onun diqqət mərkəzindədir. 33-cü Beynəlxalq Quran-Kərim Müsabiqəsinin açılış mərasimində dünyanın 5 qitəsindən 130 qari, 16 hafiz iştirak edib. Bu müsabiqə "Bir Kitab, Bir Millət" adı altında Tehranda fəaliyyətə başlayıb.sahartv\ Oxşar xəbərlər
|