Mübahisələrə səbəb olmuş Fələstin filmi Kann festivalında
Fransadakı yəhudilərin Kann film festivalında göstərilməsini istəmədiyi film nəhayət tamaşaçının ixtiyarına verilib.
İslaminSesi Sputniknews-a istinadən bildirir ki, Nəsri Həjajın "Münih: bir fələtinlinin hekayəsi" filminin bir hissəsi "Film bazarı" tədbirləri silsiləsində tamaşaçıya nümayiş etdirilib. Yəhudi camaatı bu filmdə bir qrup israillinin öldürülməsində almanların məsuliyyət daşıdığını iddia edərək filmin nümayişinin qadağan olunmasını tələb etmişdilər. Filmdə alman polisinin "günahlandırıldığını" irəli sürənlər filmin böyük qalmaqal olacağını söyləmişdilər. Lakin filmin rejissoru Həjaj bütün iddiaların yersiz olduğunu bildirmiş və filmin nümayiş olunmaması üçün heç bir əsasın olmadığını qeyd etmişdir. Oxşar xəbərlər
|