Ərəbistan iranlı zəvvarların Həcc mərasimində iştirakı yolunda maneə yaradır
Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ali-Səudun iranlı zəvvarların həcc mərasimində iştirakı yolunda maneə yaratdığını bildirib.
Məhəmməd Həsən Əxtəri deyib: İranın nümayəndə heyəti Həcc ilə bağlı məsələlərin həll edilməsi üçün dəfələrlə Ərəbistana səfər edərək, maneələrin aradan qaldırılması üçün müxtəlif iclaslarda iştirak edib. Ayətullah Əxtəri Ali-Səud rejiminin müxtəlif bəhanələrlə iranlı zəvvarların bu ilki həcc mərasimində iştirakı yolunda maneələr yaratmasına işarə edərək, deyib: Ərəbistan rəsmiləri indiyə kimi İranın tələblərinə aydın cavab verməyiblər və buradan da aydın olur ki, onlar iranlı zəvvarların həcc mərasimində iştirakına mane olmağa çalışırlar. Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi əlavə edib: İran xalqı Ərəbistan dövləti tərəfindən mövcud maneələrin həll edilmədiyi zamana kimi həcc mərasimində iştirak etməyəcək və iranlıların şərti İslamın izzəti və ləyaqətinin qorunmasıdır. Oxşar xəbərlər
|