Həsən Nəsrullahın Ayətullah Behcət barədə maraqlı xatirələri
Mьəllif: admin1
Tarix: 17-05-2016, 22:17
Bцlmə: Xəbərlər
Həsən Nəsrullahın Ayətullah Behcət barədə maraqlı xatirələri
Ayətullah Behcət barədə xatirələrini bəyan edən Həsən Nəsrullah o məşhur arifin Hizbullah təşkilatının daxili işləri barədə etdiyi istixarədən də söz açıb.
İslaminSesi xəbər verir ki əl-Mənar telekanalı Hizbullah lideri Həsən Nəsrullahdan müsahibə alarkən onun dünya şöhrətli arif və müctəhid ayətullah Behcətlə olan xatirələri barədə suallar ünvanlayıb.

Ayətullah Behcət barədə xatirələrini bəyan edən Həsən Nəsrullah o məşhur arifin Hizbullah təşkilatının daxili işləri barədə etdiyi istixarədən də söz açıb.

Həsən Nəsrullah ayətullah Behcətin kəramətləri ilə bağlı ünvanlanan suala belə cavab verib:

“Allah bilir. Amma bunu bilin ki o nəfsləri oyadar,onları dəyişərdi. Bunu da bilin ki insanların nəfslərini dəyişmək əlini qurumuş ağacın üstünə qoyub kəramətlə onu yaşıllaşdırmaq və səmərəli etməkdən də çətindir.....

O Ağanı görmədim və eşitmədim ki filan filosof filan həkim filan sufi və ya filan arifdən nəyisə nəql etsin. Onun dilində yalnız Allah buyurub, Peyğəmbər, İmam Sadiq, İmam Əli deyib düşməzdi. Bax budur təmiz və xalis din....

Onun tövsiyələrinə diqqət edin. Tövsiyələri uzun uzadı, şaxəli və məşəqqətli deyildi. Sadə və külli tövsiyələri var idi. İslam asan dindir. Allah bizə asan tutur,çətin deyil. Onun tövsiyələri də asan və məğzli idi....”

Həsən Nəsrullah verdiyi müsahibədə Hizbullah barədə ayətullah Behcətə etdiyi istixarədən də söz açıb:

“1989-cu ildə Tehranda idik. Xomeyni ağa vəfat etmişdi. Ayətullah Xamenei Hizbullahın inzibati tərkibində köklü dəyişikliyin olmasını və baş katibliyin yaradılmasını təklif etmişdi. Hizbullah daxilində və xaricində olan dostlar baş katiblik vəzifəsinə məni təklif edirdilər. Amma mən onların hamısından kiçik olduğumu və oradakıların çoxunun mənim ustadlarım olduğunu nəzərə alaraq əsla bu işə boyun qoymaq istəmirdim. Onlar o qədər israr etdilər. Mənə sənin arxanda duracağıq vədlərini verdilər. Amma mən tərəddüddə idim. Bilirsiniz biz dini tələbələr belə məqamlarda istixarə kimi yollara əl atırıq bəzən. Mən istixarə edəcəyəm dedim. Onlar yaxşı istixarə et. Amma mən onlara Qumda ayətullah Behcətə istixarə etdirəcəyəm dedim. Bu zaman Qumdakı dostlardan birinə məsələnin təfərrüatını danışımadan ağaya salam deməyi və mənim niyyətimdən istixarə etdirməyi istədim. Məsələdən hali olmayan o qardaş sübh namazında Ağa Behcətə istixarə etdirib bu qəribə cavabı alıb: Onların təklifini qəbul etmə, Sənə vəd verənlərdən bəziləri ki yanında olacaqlarını deyillər, onlar bu işləri görməyəcəklər
Daha sonra Livanda Hizbullahın daxilində baş verənlər ağanın istixarəsinin mənim dünyam və axirətim üçün nə dərəcədə əhəmiyyətli olduğunu ortaya qoydu”

Qeyd edək ki Həsən Nəsrullah Nizbullahın baş katibliyi vəzifəsinə 1989-cu ildə deyil, 1992-ci ildə Seyyid Abbas Musəvinin Sionistlər tərəfindən terror edilməsindən sonra seçildi.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031