Daha ağıllı olmağınız üçün ayaqqabılarınızı çıxarın
Amerikalı alimlərin həyata keçirdiyi araşdırma, hər hansı bir iş ərəfəsində bir müddət ayaqyalın qaçmağın yaddaşı gücləndirdiyini aşkar edib.
Deyerler.org xəbər verir ki, ABŞ-ın Şimali Florida Universitetindən (UNF) alimlər 72 nəfərin iştirakı ilə həyata keçirdiyi bir araşdırmada belə bir qənaətə gəliblər. Araşdırmada ayaqyalın qaçmağın beyin fəaliyyətlərini ayaqqabılarla qaçmaqdan daha yaxşı işləməsini təmin etdiyi fikri irəli sürülüb. Təcrübə zamanı 18-44 yaş arasındakı könüllülər, təqribən 16 dəqiqə ayaqqabıları və ayaqqabısız qaçıblar. Qaçışdan əvvəl və sonra iştirakçıların yaddaşları ölçülüb. Nəticədə ayaqyalın qaçanların yaddaşlarının 16% çox güclü olduğu müşahidə olunub. Araşdırma qrupunun rəhbəri doktor Ross Allovey belə bir açıqlama verib: "Ayaqqabılarınızı çıxarıb qaçışa başladıqda, qaçışı başladığınızdan daha ağıllı bir şəkildə bitirin". Allovey hesab edir ki, bu vəziyyət ayaqyalın qaçarkən yerdəki sərt cisimlərə basmama istəyilə yaddaşın daha çox istifadə edilməsindən qaynaqlanır. Oxşar xəbərlər
|