Acı xiyar - müalicəvi məhsul. Bilmədiyiniz faktlar
Mьəllif: admin1
Tarix: 18-05-2016, 10:42
Acı xiyar - müalicəvi məhsul. Bilmədiyiniz faktlar
İnsanların əksəriyyəti acı xiyarı ziyanlı, hətta zəhərli hesab edir. Lakin bu heç də belə deyil. Acı xiyar nəinki ziyanlı və zəhərli deyil, hətta çox faydalı və müalicəvi məhsuldur.

Tərkibində olan "kukurbitasin" adlı acı maddə xiyara spesifik acı dad verir. Bu maddə xiyarda çox isti və ya çox soyuq havanın təsirindən əmələ gəlir.

Son araşdırmalar göstərib ki, kukurbitasin ödqovucu, iltihabəleyhinə, ağrısızlaşdıran təsirə malikdir.

Sübut olunub ki, kukurbitasin patoloji hüceyrələrin artmasını ləngidir. Bu o deməkdir ki, kukurbitasin orqanizmə xərçəngəleyhinə təsir edir.

Bəzi araşdırmalar göstərir ki, acı xiyar ürəyin, mədəaltı vəzinin, qaraciyərin, nazik bağırsağın fəaliyyətinə müsbət təsir göstərir.

Acı xiyar qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır.

Almaniyada keçirilmiş araşdırmalar göstərib ki, acı xiyar arıqlamağa da kömək edir.

Çində acı xiyarı yetişdirir və onun əsasında dərmanlar hazırlayırlar.

Acı xiyardan çox effektli kosmetik vasitələri (maskalar, losyonlar və s.) hazırlamaq olar. Güclü antiseptik və iltihabəleyhinə təsirə görə bu vasitələr dərini çox yaxşı təmizləyir, iltihabı azaldır. Ən sadə üsul - acı xiyarın qabığını götürüb üzünüzə sürtün.

Saglamolun.Az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930