Roma Papası Fransanı hicaba görә tənqid etdi
Roma papası Fransisko hicabla bağlı Fransanı tənqid edib.
Deyerler.Org xəbər verir ki, Fransada dərc olunan La Krua (La Croix) qəzetinə müsahibəsində Papa Fransisko belə danışıb: "Fransaya dünyəviliyin şişirdilməsi ilə bağlı kiçik bir tənqidim var". Papa Fransisko daha sonra sözlərini belə davam edib: "Necə bir katolik xaç taxa bilirsə, müsəlman qadın da hicab taxmaq istəyirsə taxa bilər. Fransa bu məsələdə addım ata bilməlidir, ülvi mövzularda açılım hər kəsin haqqıdır". Qaçqın məsələsinə də toxunan Papa Fransisko ən pis işin gələnləri "inteqrasiya" etmək əvəzinə, "gettolaşdırmaq" olacağı ilə bağlı xəbərdarlıq edib. Papa xristianlıq və İslamın yanaşı, birlikdə yaşaya biləcəyinə inandığını sözlərinə əlavə edib. Oxşar xəbərlər
|