Misir təyyarəsinin yanaraq dənizə düşdüyü bildirilir
Parisdən Qahirəyə uçan və radar ekranlarından itən "Egyptair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Yunanıstan yaxınlıqlarında yanaraq dənizə düşüb. Bu barədə bəzi Ərəb KİV-ləri hadisə şahidlərinə istinadən məlumat verir.
Maide.Az xəbər verir ki, təyyarədə 66 sərnişinin olduğu bildirilir. Bundan öncə isə 59 sərinişin və 10 ekipaj üzvinin olduğu bildirilirdi. Təyyarədə 30 Misir, 15 Fransa və bir Britaniya vətəndaşının olduğu dəqiqləşib. Hazırda dənizdə axtarışlar davam etdirilir. *** «Airbus A320» tipli təyyarənin göyərtəsində 69 sərnişin olub. Britaniyanın «The Guardian» nəşrinin yazdılğına görə, təyyarə son sutka ərzində beşinci reysini həyata keçirirmiş. Təyyarənin qəzaya uğradığı bildirilir. Misir Aviasiya təşkilatının sözçüsü bildirib ki, təyyarə 16 kilometr Misir ərazisinə girdikdən sonra radardan yoxa çıxıb. Öncədən təyyarənin Yunanıstan səmasında yoxa çıxdığı bildirilirdi. Oxşar xəbərlər
|