Qumda XXII Beynəlxalq Məhdəviyyət Doktrinası Konfransı keçirilir
İbrahimi Dinlərin baxışınca axırzamanın öngörüləri mövzusu ilə XXII Beynəlxalq Məhdəviyyət Konfransı Qumda işə başlayıb. Konfransda böyük təqlid mərcələrindən Ayətullah Nasir Məkarim Şirazi, alimlər və xarici qonaqlar iştirak edirlər.
Bu konfransın katibi Höccətülislam vəlmüslimin Seyid Məcid Purseyyid Ağayi deyib: Bu konfransların təşkil olunmasının zəruriliyi məhdəviyyət mədəniyyətinin genişlənməsi, islam və ibrahimi şəriətlərində məhdəviyyət düşüncəsinin genişlənməsi üçündür. Çünki Məhdəviyyət islam cəmiyyətinin kimlik rəmzidir. Katibliyə təxminən 100 məqalə göndərilib. Onların 33-ü qəbul olunub və konfransda 16 məqalə təqdim olunacaq. Qeyd olunan konfransda seçilən məqalələr və 15 nəfər "Mehdi Yavər" adı altında elmi tədqiqatlarına görə elan olunacaq və mükafatlandırılacaq.sahartv\ Oxşar xəbərlər
|